Şəki beynəlxalq musiqi festivalı mərkəzinə çevrilib
Tarix: 18.07.2013 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Layihə çərçivəsində budəfəki təqdimatımız Şəki ilə bağlıdır. Rayonda keçirilən mədəni tədbirlər artıq respublikamızın mədəni həyatında böyük səs-küy yaratmağa başlayıb. Şəki artıq beynəlxalq musiqi festivallarının keçirildiyi məkana çevrilib. Rayon Mədəniyyət və Turizm Şöbəsindən qəzetimizə verilən məlumatda qeyd edilir ki, ilin əvvəlindən rayonda bir çox mədəni tədbirlər həyata keçirilib.
Bu tədbirlərin içərisində «İpək Yolu» IV beynəlxalq musiqi festivalı xüsusi yer tutur. Belə ki, iyunun 29-da XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Aşağı Karvansaray” kompleksində “İpək Yolu” IV beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi olub. Artıq gözəl bir ənənəyə çevrilən möhtəşəm musiqi bayramı - “İpək Yolu” beynəlxalq festivalının Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Bu gün Şəki orta əsrin şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, qala divarları, körpülər Şəkinin qədim memarlıq üslubundan xəbər verir. Musiqi festivalı zamanı konsertlərin tarixi memarlıq abidələri önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. Bu festivallar həm də xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə imkan yaradır.

“Yeddi gözəl” Şəkidə
Musiqi bayramında Azərbaycan ilə yanaşı, Türkiyə, Tacikistan, Rusiya, Koreya Respublikası və ABŞ-ın musiqiləri səsləndirilib. Beynəlxalq musiqi festivalında ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının ifasında “Yeddi gözəl” baleti festivala dəvət olunmuş xarici ölkələrin nümayəndə heyətlərinin üzvləri, fəxri qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri, teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Xalq artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunmuş baletin baletmeysteri Vasili Medvedev (Rusiya), quruluşçu rəssam Dmitri Gerbadji (Rusiya), geyim üzrə rəssam Əməkdar rəssam Tahir Tahirov olub. Səhnə əsərində əsas rolları isə Xalq artisti Kamilla Hüseynova və Əməkdar artist Gülağası Mirzəyev ifa ediblər. Rayon Mədəniyyət və Turizm Şöbəsinin məlumatında qeyd edilir ki, budəfəki festival janr rəngarəngliyi baxımından da çox zəngin olub. Festivalda Amerikadan gəlmiş rok qrupu, Türkiyədən gəlmiş 3 böyük kollektiv - Konya və Giresun şəhərlərinin rəqs qrupları, habelə “Axşam səfası” TRT orkestri və solistləri, Koreya Respublikasından gəlmiş kollektiv, həmçinin Azərbaycanın musiqi kollektivləri rəngarəng konsert proqramları ilə çıxış ediblər. Qədim Şəkinin tarixində ilk dəfə olaraq canlı şəkildə Azərbaycan musiqisinin incilərindən olan Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılıb. Burada Azərbaycan festival tarixində ilk dəfə olaraq “Axşam səfası” kollektivinin konserti canlı olaraq xaricə yayımlanıb. Bundan əlavə, festival çərçivəsində nadir xanəndəmiz, zəmanəmizin ən böyük sənətkarı, dünya ensiklopediyasında səsi nadir səslər arasında sadalanan Alim Qasımov və onun qızı Fərqanə Qasımovanın Şəki xan sarayının önündə möhtəşəm konserti olub.

Qədim Koreya musiqisi
İyulun 1-də beynəlxalq musiqi festivalı çərçivəsində “Aşağı Karvansaray” kompleksində tamaşaçılar Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət yeni konsert proqramını izləyiblər. Təqdim olunan proqram Koreya Respublikasının “Kuqak” Milli Musiqi Mərkəzi tərəfindən hazırlanıb. Bu mərkəz təxminən 1400 illik tarixə malikdir. Konsert proqramında təqdim olunan “Gaqok”, “Pansori”, “Ganqqanqsullae”, “Saipurichum” kimi qədim musiqi nümunələri Koreya musiqisinin ən qədim janrları kimi, ölkənin milli-mədəni sərvəti elan edilib və YUNESCO tərəfindən dünyanın “qeyri maddi mədəni irs” siyahısına daxil edilib. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. 72 yaşlı solist, xalq musiqisinin mahir ifaçısı Şin Yonq Hinin festivalda ifa etdiyi Koreyanın qədim musiqi nümunələrindən olan “Pansori” janrı vokal sənətində xüsusi yer tutan, bir ifaçı tərəfindən oxunulan hekayət və jestlərdən ibarətdir. “Pansori” barabançı tərəfindən çubuqların vurulması ilə ritmik müşayiət olunur ki, bu da müğənnini ruhlandırır. Bir mahnı bəzən beş saata qədər davam edir. Şin Yonq Hi müvafiq janrda uzun illər səmərəli fəaliyyətinə görə öz ölkəsində xüsusi təqaüdə də layiq görülüb.

“Axşam səfası”nda
“Sarı gəlin”

Türkiyənin “Axşam səfası” TRT orkestri və solistlərinin konserti böyük maraqla qarşılanıb. “Axşam səfası” TRT orkestri və xor qrupu uzun müddətdir fəaliyyət göstərir. Kollektivin adı yalnız axşamlar açan çiçəyin adından götürülüb. Xorun kollektivi dünyanın müxtəlif ölkələrində rəngarəng proqramlarla möhtəşəm konsertlər verir. Kollektivin repertuarında türk sənət musiqisi və bəstəkar mahnıları əsas yer tutur. Bu ilin mayında kollektiv Heydər Əliyev Sarayında möhtəşəm konsertləri ilə tamaşaçılarımızın qəlbini fəth edib. Solistlərin 20 nəfərlik orkestrin müşayiəti ilə yüksək peşəkarlıqla ifa etdikləri türk pop və xalq sənət musiqisi, Azərbaycanın xalq mahnısı “Sarı gəlin”, həmçinin “Əziz dost”, “Sən gəlməz oldun” və digər mahnılarımız festival iştirakçılarının ürəyincə olub. Şöbənin məlumatında qeyd edilir ki, Şəki Musiqi Kollecində festival çərçivəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova kollecin tələbələrinə ustad dərsi keçib. Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin, kollecin müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə çıxış edən Yeganə Axundova son illər Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyi və ABİ-nin dəstəyi ilə keçirilən beynəlxalq musiqi festivallarının mühüm əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, bu festivallar Azərbaycanı bütün dünyaya tanıdır, musiqimizi nümayiş etdirir. Gələn qonaqlar ölkəmizi ziyarət etməklə yanaşı, dəyərli musiqi xəzinəmizlə də yaxından tanış olmaq imkanı qazanırlar. Sonra kollecin IV kurs tələbəsi Türkan Məmmədli pianoda İ. S. Baxın “Prelüdiya”, L. V. Bethovenin “3 nömrəli sonata”, Tofiq Quliyevin “Qaytağı”, II kurs tələbəsi Nigar İsayeva isə F. Listin “Ov” etüdü və L .V. Bethovenin “16 nömrəli sonata” əsərlərini ifa ediblər. Bakı Musiqi Akademiyasının professoru, Xalq frtisti, tanınmış violin ifaçısı Zəhra Quliyeva da Şəki Musiqi Kollecində ustad dərsi keçib. Bir həftə davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları və yerli sakinlər bir sıra xarici ölkələrin milli musiqi, rəqs, folklor nümunələri ilə yaxından tanış olub, Azərbaycanın musiqi və teatr kollektivlərinin çıxışlarını izləmək şansı əldə ediblər. Festivalın yekun konsertinin proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi” və “Çənlibel xoru”, Tofiq Quliyevin “İlk bahar”, “Sənə də qalmaz”, Cahangir Cahangirovun “Füzuli” kantatasından ikinci hissə, Kamal Heydərovun “Xalq Heydər söyləyəcək” və digər tanınmış bəstəkarların əsərləri, habelə xalq mahnısı “Qara gilə”, “Gözəl Vətən” xoreoqrafik suitası, “Ay ləli” və digər xalq rəqsləri təqdim edilib. Qeyd etmək istərdik ki, “İpək Yolu” IV beynəlxalq musiqi festivalının Azərbaycanın mədəni həyatında çox mühüm hadisə oldu. Təşkilat komitəsinin qərarı ilə festivalın yekun konserti ulu öndərin ölməz xatirəsinə həsr olunub. Məhz buna görə də konsert ümummilli liderin çox sevdiyi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının qəhrəmanının sədaları ilə tamamlanıb.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info