8 azərbaycanlı rəssamın əsəri “Portrait Now! 2019” beynəlxalq müsabiqəsinin regional mərhələsinə vəsiqə qazanıb
Tarix: 31.01.2019 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


Y.K.Yakobsen adına “Portrait Now! 2019” portret sənəti beynəlxalq müsabiqəsinin seçim mərhələsi başa çatıb. Beynəlxalq münsiflər heyəti yeddi ölkədən 810 portret arasında regional mərhələnin finalçılarını seçib.
Azərbaycanda seçim mərhələsinin təşkilini Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birlikdə “Carlsberg Group”un bir hissəsi olan “Carlsberg Azerbaijan” şirkəti həyata keçirib.
Oktyabr ayında başlayan “Portrait Now! 2019” həm rəssam, həm geniş kütlənin diqqətinin portret janrına cəlb edilməsi məqsədi daşıyan bütün portret janrına qiymət verənlər üçün beynəlxalq müsabiqədir. Müsabiqədə hər il heykəltəraş, naqqaş, qrafik, həmçinin rəqəmsal texnologiyalarla (foto, video əsərlər) işləyən müəlliflər iştirak edir.
“Carlsberg Azerbaijan” şirkəti Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə müsabiqənin ilkin mərhələsində seçim prosesinin koordinasiyasını həyata keçirib.
Qeyd edək ki, Azərbaycandan 142 nəfər müsabiqədə iştirak edib, onlardan səkkizi münsiflər heyəti tərəfindən müsabiqənin regional mərhələsi üçün seçilib. Fevralın 22-də “Lvivarnya” Pivə Tarixinin Muzey-mədəniyyət mərkəzində (Lvov, Ukrayna) beynəlxalq jüri cari ilin may ayında Danimarkanın paytaxtı Kopenhagendə əsas mükafatlar uğrunda mübarizə aparacaq finalçıları seçəcək.
“Portrait Now! 2019” müsabiqəsinin finalında iştirakçılar beynəlxalq tanınma və müsabiqənin əsas mükafatı 85 min Danimarka kronu (22 min AZN) uğrunda mübarizə aparacaqlar.
Azərbaycanlı finalçıların sırasında Vaqif Hüseynov, Zakir Mehdiyev, Elgiz Hüseynov, İlham Mirzəyev, Müstəqil Balayev, Aynur Səmədova, Zamiq Rzayev və Sahib Hüseynov yer alır.
Bundan əlavə, istedadlı azərbaycanlı rəssamlara dəstək məqsədilə “Carlsberg Azerbaijan” layihə tərəfdaşları ilə birlikdə eko-nominasiyada qalib seçib. Eko-nominasiyada işlərə əsas tələb ekoloji tematikanın süjet və ya portretin hazırlandığı materiallarda əks etdirilməsidi. Eko-nominasiyada qalib tullantı materiallarından portret hazırlayan Kəmalə Kerriqan seçilib.
Müsabiqənin təşkilatçısı hələ 1882-ci ildən mədəniyyətin inkişafına fəal şəkildə sərmayə yatıran “Carlsberg” Fondudur. Həmin dövrdə şirkətin təsisçisi pivəbişirən Y.K.Yakobsen Frederiksborq qəsrində Milli Tarix Muzeyini təsis edib.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
22.08.2019
İran “Oskar” mükafatına namizəd olan filmini təqdim edib
22.08.2019
Özbəkistanda “Azərbaycan-Özbək ədəbi əlaqələri (1920-1960-cı illər)” adlı kitabın təqdimatı olub
22.08.2019
Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək
22.08.2019
“Yatmış gözəl” baleti Eldar Əliyevin quruluşunda təqdim ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info