Prezident bir qrup gəncin təltif edilməsi haqqında sərəncamlar imzalayıb
Tarix: 01.02.2019 | Saat: 13:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup gəncin təltif edilməsi haqqında sərəncamlar imzalayıb. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Hüseynxan Hacızadə, Masər Həsənov, Sara Rəcəbli, Mustafa Mehmandarov, Nigar Mirzəmmədova və Allahverdi Şahverənov 2019-cu il Gənclər üçün Prezident mükafatları ilə təltif olunublar.
Bundan başqa, həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Şirinov və Umud Şirinov Azərbaycan Respublikası Prezidentinin digər bir Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif ediliblər.
Dövlətimizin başçısının imzaladığı digər bir Sərəncamla isə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə Azad Cabbarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Asif Əsgərli, Vüqar Qədirov və İlqar Orucov “Tərəqqi”, Vüqar İsgəndərov, Rüfət Quliyev və Kamal Nəcəfli isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub
17.10.2019
Taliban hücum etdi, çox sayda mühafizәçi hәlak oldu
17.10.2019
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17.10.2019
Faiq Qarayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
17.10.2019
Müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10920

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Vasim Məmmədəliyev vəfat edib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info