Gənclər Gününə həsr olunmuş respublika toplantısı keçirilib
Tarix: 01.02.2019 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə nitq söylədi. Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlatdı, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd etdi. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışdı, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğuladı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd etdi. Çıxışının sonunda Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzuladı.
Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olundu. Daha sonra Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Qarabağ qazisi Kamil Musəvi, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, “Human Foundation”un təsisçisi Fəridə Əsgərzadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, tələbə gənclər təşkilatının sədri Ayxan Hüseynli, Azərbaycan Dövlət İdman və Bədən Tərbiyəsi Akademiyasının tələbəsi Ülkər Əsədova, şəhid polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Oruclu, “ASAN” könüllüsü Emilya Bayramova çıxış etdilər. Sonra bir qrup gəncin təltif olunması mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekunlaşdı.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info