Ali təhsil ocağında ixtisasartırma kursu təşkil olunub
Tarix: 01.02.2019 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Üniversitində fizika, kimya və biologiya fənnlərini tədris edən müəllimlər üçünixtisasartırma kursu təşkil olunub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovuniversitetdə tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə belə əlaqəli tədbirlər bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə seminarların gələcəkdə daha mütəşəkkil təşkili, əməkdaşlığın daha sıx davamı baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisinin inkişafına, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsinə, şagirdlərin bu sahədəki bilik və qabiliyyətlərinin artırılmasına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Nəzərə çatdırılıb ki, muxtar respublikanınməktəblərinin demək olar ki hamısı müasir laboratoriyalarla təchiz olunub və dərs prosesi zamanı laboratoriyaların istifadə qaydaları şagirdlərə izah olunur.
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 4 günlük təşkil olunan kursda hər ixtisasdan 20 nəfər olmaqla ümumilikdə 60 nəfər müəllim iştirak edib.
Müəllimlərə universitetin müəllimləri kimya üzrə fəlsəfə doktoru, dosentŞəmil Mahmudov, fizika üzrə fəlsəfə doktoru, dosentƏli Babayev, biologiya üzrə fəlsəfə doktoru, dosent DaşqınQənbərov seminar keçiblər. Eyni zamanda universitetdə mövcud olan laboratoriya və fənn kabinələrinin istifadə qaydalarından da bəhs edilib.
Kursun sonuncu günü iştirakçılara sertifikat təqdim olunub.
Sertifikat alan müəllimələrdən Şahbuz rayonu Nursu kənd orta məktəbində fizika fənnini tədris edənLalə Zeynalova və Babək rayonu Xəlilli kənd orta məktəbində kimya fənnini tədris edən Lamiyə Əliyeva yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

Badəm Məmmədova
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
UNEC-də mentorluq fəaliyyətində yeni mərhələ: Türkiyə təcrübəsi
21.09.2019
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
20.09.2019
Mehriban İmanova Prezident yanında Elmin İnkişafı Fonduna icraçı direktor təyin edildi
20.09.2019
Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru BDU-ya rəsmi səfərə gəlib
20.09.2019
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info