Ahıl şəhid valideynlərinə birdəfəlik ödəməni almaq üçün plastik kartlar evlərində təqdim edilib
Tarix: 01.02.2019 | Saat: 13:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam etdirilir.
Bank hesablarına birdəfəlik ödənişin köçürüldüyü vərəsələrdən ikisi – Bakının Suraxanı rayon sakini, şəhid anası Hüseynova Məryəm Əbdül qızı 84 yaşında və Şamaxı rayon sakini, şəhid atası Nuhov Cüməli Seyidəli oğlu 83 yaşındadır. Bu amil nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, onlara birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edilib.
Müvafiq bankın əməkdaşı hər iki şəhid valideyninə plastik kartları təqdim edib.
Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu sosial siyasət şəhid ailələrinə dövlət qayğısının da mütəmadi olaraq artırılmasına səbəb olur. Dövlət başçısının müvafiq Fərmanları ilə 12268 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi də bunun əyani təsdiqidir. İndiyədək onlardan 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və artıq 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi cari il ərzində başa çatdırılacaq.
M.Hüseynova və C.Nuhov şəhid ailələrinə göstərilən yüksək qayğıya, şəhid vərəsələrinə humanist yanaşmanın təzahürü kimi onlara birdəfəlik ödəmənin verilməsinə, 30 yanvar 2019-cu il tarixli Fərmanla isə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılaraq 242 manatdan 300 manata çatdırılmasına görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
22.09.2020
Hövsanın Bağlar yaşayış massivinin sakinləri telefonsuz qalıblar - Fotolar
21.09.2020
Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
19.09.2020
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
19.09.2020
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
3 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
4 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
5 Tanınmış rusiyalı kardioloq: Təzyiqi salmaq üçün bu 2 məhsuldan imtina edin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info