Nəsimidə 2 fevral – Gənclər Günü qeyd edilib
Tarix: 01.02.2019 | Saat: 13:31:00 | E-mail | Çapa göndər


Ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı günü-gündən artmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürüdür ki, 2 fevral respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanıb, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilib.
Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olub. 2011-ci ildə dövlət başçısının sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunub, Gənclər Fondu yaradılıb. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.
Şəhərimizin gözəl məkanlardan biri olan “Romanse Palase”da Nəsimi rayon gənclərinin 2 fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib. Gənclər tədbirinə rayonun istehsalatda, elm, mədəniyyət, təhsil, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunub.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Qeyd olunub ki, Nəsimi rayon əhalisinin təqribən 24,8 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb.
Asif Əsgərov bildirib ki, hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu var.
Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Nəsimi Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Masallıda gənc müəllimlərlə görüş
18.09.2019
Diaspor rəhbəri qalib monteneqrolu məktəbliyə diplomunu təqdim edib
18.09.2019
DMX Nepal və Hindistan vətəndaşlarının saxlanılmasına dair məlumat yayıb
18.09.2019
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazovdan yeni təyinat
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info