Tural Gəncəliyev: “Babayanın kənarda “təqsirkar” axtarışı gülüncdür”
Tarix: 01.02.2019 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə dialoq çərçivəsində su resurslarının gələcək səmərəli istifadəsi kimi məsələləri də müzakirə etməyə hazırıq”


“Biz Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin “başçısı”nın “mətbuat katibi” kimi təqdim edən David Babayanın əvvəllər də ölkəmizə qarşı iftira xarakterli fikirlər səsləndirdiyinin şahidi olmuşuq və növbəti dəfə o, “hidroterror” mövzusunda cəfəng fikirləri ilə “fərqlənib”. Babayanın münaqişə nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz separatçı rejimin törətdiyi ekoloji cinayətləri unudaraq, hazırda davam edən vəziyyətə görə məxsus olduğu rejimin daşıdığı məsuliyyəti ört-basdır etməsi və kənarda “təqsirkar” axtarışı gülüncdür. Bu səbəbdən, Babayanın yaddaşını təzələmək və onun diqqətinə aşağıdakıları çatdırmaq istərdim”. Bu sözləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev mətbuata açıqlamasında deyib. O bildirib ki, 2015-ci ilin noyabr ayında AŞPA çərçivəsində “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə qəbul edilib. AŞPA Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalının həmin ərazilərdə yaşayan əhali üçün humanitar və ekoloji problemlər yaratdığını qınayıb. Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarında keçən dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması səbəbindən bütün ətraf ərazilər üçün təhlükə yarandığı qeyd olunub. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalmasının çoxsaylı insan tələfatı və böyük fəlakətə gətirib çıxara biləcəyi vurğulanıb. Qətnamə, həmçinin Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsini, Ermənistanın su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edib. T.Gəncəliyev deyib ki, hazırda Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması və keçən müddətdə təmir edilməməsi ucbatından Azərbaycanın 7 rayonunun 400 min nəfərlik əhalisinin həyatı ciddi təhlükə altındadır. Sərsəng su anbarı 120 min hektar torpaq sahəsinin suvarılması üçün layihələndirilmişdi və işğal buna mane oldu: “Həmçinin vurğulamaq istərdim ki, erməni tərəfi suya ehtiyac olduğu vaxtda, yay aylarında bəndi bağlamaqla və lazımsız vaxtlarda suyu açıb buraxmaqla torpaqlarımıza ciddi ziyan vurmaqda davam edir. Bu da məhz hidroterrorun Azərbaycana qarşı aparıldığının bariz nümunəsidir. Babayana onu da xatırlatmaq lazımdır ki, ermənilərin hərbi yolla işğal etdikləri Azərbaycan ərazilərində kənd təsərrüfatı üçün əhəmiyyət kəsb edən Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon kubmetr olan digər su anbarları da qalıb. Bunların sırasında 1964-cü ildə tikilən Xaçıncay su anbarı, 1965-ci ildə tikilən Qanlı Göl su anbarı, 1977-ci ildə tikilən Arpaçay su anbarı, 1962-ci ildə tikilən Ağdamkənd su anbarı və 160-dan çox su deposu da var ki, onlar da real təhlükə mənbəyinə çevrilib. Qeyd etdiyim faktlardan istifadə etməklə Babayan “Separatçı rejimin həyata keçirdiyi hidroterror” mövzusunda monoqrafiya təqdim etsəydi daha tutarlı görünərdi. Ermənistanın Azərbaycana qarşı hərbi işğalı başa çatdıqdan sonra regionun zəngin su resursları Azərbaycanın sərhədləri daxilində bölgədə sülh şəraitində yaşayacaq erməni və azərbaycanlı icmaları tərəfindən birgə istifadə olunaraq, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafına xidmət göstərə bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə dialoq çərçivəsində su resurslarının gələcək səmərəli istifadəsi kimi məsələləri də müzakirə etməyə hazırıq”.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info