“Azerspace-2” peyki kommersiya fəaliyyətinə başlayıb
Tarix: 01.02.2019 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Bu il peykin tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi proqnozlaşdırılır

2018-ci il sentyabrın 26-da Kuru kosmodromundan uğurla orbitə buraxılan “Azerspace-2” peyki bu gündən kommersiya fəaliyyətinə başlayıb. “Azərkosmos” ASC-dən bildirilib ki, “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərəcək. “Azerspace-2” kommersiya fəaliyyətinə başlamaqla “Azərkosmos”un yüksək rəqabətli peyk xidmətləri bazarındakı xidmət çeşidini artıracaq və mövqeyini daha da gücləndirəcək. Hazırda peykin tutumlarının satışı ilə əlaqədar əhatə zonasına daxil olan ölkələrdə potensial müştərilərlə aktiv biznes danışıqları aparılır. “Azərkosmos” ASC ilə ABŞ, Pakistan və peykin əhatə zonasına daxil olan ölkələrin bir sıra şirkətləri arasında peykin xidmətlərindən istifadəyə dair ilkin razılaşma sazişləri imzalanıb. İlk kommersiya fəaliyyətinə başladığı il olmasına baxmayaraq, “Azerspace-2” peykinin 2019-cu il ərzində tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi nəzərdə tutulur. “Azerspace-2” peyki “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Müasir elekrik mühərrikləri ilə təchiz olunmuş “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Fuad getdi, sən də get, Əli Kərimli!
21.09.2019
Hacıqabulda pambıq yığımına başlanılıb
21.09.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info