Avropa İttifaqı İranla ticarət üçün xüsusi ödəniş mexanizmi yaratdı: “INSTEX”
Tarix: 01.02.2019 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


“INSTEX” adlanan sistemdən İranla biznes əlaqələri olan qeyri-Avropa şirkətləri də istifadə edə bilər


Xüsusi sistem bank kimi fəaliyyət göstərəcək, mənzil-qərargahı Fransada yerləşəcək. Onun icra mexanizmini Almaniya həyata keçirəcək. Böyük Britaniya isə nəzarət şurası funksiyasını yerinə yetirəcək

Almaniya, Fransa və Böyük Britaniya İranla ticarəti asanlaşdırmaq və ABŞ sanksiyalarından yan keçmək məqsədilə xüsusi ödəmə kanalını rəsmi olaraq yaradıblar. Bunu Almaniyanın “NDR” teleradio şirkəti bəyan edib. Bununla da, İranla nüvə sazişinin avropalı iştirakçıları Amerika sanksiyalarına qarşı Tehrana verdikləri iqtisadi zəmanət vədini yerinə yetiriblər. Qeyd olunub ki, ABŞ sanksiyalarından yan keçəcək xüsusi ödəmə kanalı “INSTEX” adlanacaq. İranla biznes əlaqələri olan qeyri-Avropa xarici şirkətləri də bu kanal vasitəsilə ödəmə əməliyyatlarını icra edə biləcək və Amerikanın sanksiyalarından yayınaraq ziyana düşməyəcəklər. Xatırladaq ki, ötən ilin sentyabr ayının sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirlərinin görüşü olmuşdu. Həmin görüşdə Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılıq əldə edilmişdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib ki, Avropa ittifaqına üzv ölkələr İranla əlaqəli öhdəliklərinə təcili əməl etməlidilər. Bəhram Qasımi, Almaniya, Fransa və İngiltərənin İran ilə ticarət əlaqələrini davam etdirmək məqsədiylə yaratdıqları “INSTEX” adlı ödəniş mexanizminə də münasibət bildirib. O, ittifaqa çağırış edib ki, yaradılan mexanizm ilə əlaqəli addımlar qısa müddət ərzində atılmalıdır. Avropa İttifaqının ödəniş mexanizmini yüksək qiymətləndirdiklərini ifadə edən Qasimi deyib: “Avropa İttifaqı bütün öhdəliklərinə əməl etməlidir. Yaradılan ödəniş mexanizmini 2018-ci ildə bizə verilən sözlərin ilk addımı hesab edə bilərik. İndiyə qədər ABŞ nüvə sazişindən çıxdıqdan sonra Avropa ittifaqının nüvə razılaşması və İran mənafelərinin qorunmasına dair verilən sözlər çərçivəsində konkret addımlar atdığını müşahidə etmirdik”. İranla ticarət əlaqələrini davam etdirmək üçün xüsusi hesablaşma sisteminin yaradılması ilə Almaniya, Fransa və Böyük Britaniya
nüvə razılaşmasının pozulmasının əleyhinə çıxış ediblər. Xüsusi sistem bank kimi fəaliyyət göstərəcək, mənzil-qərargahı Fransada yerləşəcək. Onun icra mexanizmini Almaniya həyata keçirəcək. Böyük Britaniya isə nəzarət şurası funksiyasını yerinə yetirəcək.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Moskvada koronavirusdan daha 15 nəfər ölüb
22.09.2020
Paşinyanın yeni müharibə planı - Beynəlxalq ekspertlərin rəyləri
21.09.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 936-ya çatıb
21.09.2020
Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var
20.09.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
3 Sığorta bazarını necə inkişaf etdirmək olar?
4 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
5 Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info