Yaqub Mahmudov “Gənclərin dostu” mükafatı ilə təltif olunub
Tarix: 01.02.2019 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 2 fevral - Gənclər Günü ilə bağlı tədbir keçirib. Tarix İnstitutundan verilən məlumata görə, tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb. Yaqub Mahmudov deyib: “Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib”. Akademik Azərbaycan gəncliyinə səslənərək bildirib: “Tariximizə sahib çıxmalıyıq. Tarixinə sahib çıxan xalq yenilməzdir. Tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur”. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov akademiyada çalışan gənclərin respublikanın elmi və ictimai-siyasi həyatındakı rolundan danışıb. O, Tarix İnstitutunun gənclərinin ötənilki fəaliyyətini yüksək qiymətləndirib. Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa bildirib ki, institut məktəblilər arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” və “Gənc tarixçilərin qış məktəbi” layihələrini həyata keçirir: “İnstitutun gənc alimləri 2018-ci ildə 12 beynəlxalq elmi konfransda iştirak ediblər. İnstitutun bir qrup gənc alimi isə qədim mixi yazıları və osmanlı xətlərini bilir”. Bildirilib ki, institut təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edir. Daha sonra Yaqub Mahmudov gənclərin alim kimi yetişməsində rolu və xidmətlərinə görə Tarix İnstitutunun “Gənclərin dostu” mükafatı ilə təltif olunub. Onun elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorlarından ibarət tarixçilər məktəbi formalaşıb. Qeyd edək ki, institut “Gənclərin dostu” mükafatını 2018-ci ildə təsis edib. Mükafatın ilk laureatı AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Sonda “Gənc tarixçilərin qış məktəbi”nin iştirakçılarına sertifikatlar təqdim olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
17.09.2020
Rus bölməsinin abituriyentləri Azərbaycan bölməsinin ixtisaslarını seçə bilərmi? - DİM AÇIQLADI
16.09.2020
AzMİU-da memarlıq ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı başlayıb
16.09.2020
Dövlət qulluğuna qəbul üçün sentyabrın 10-da keçirilən imtahanda uğur qazananların 82 faizi gənclər olub
16.09.2020
Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info