Ceyhun Bayramov: “Hazırda müəllimlərin 27 faizinin yaşı 35-ə qədərdir”
Tarix: 01.02.2019 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“Muğam Klub”da 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təhsil naziri Ceyhun Bayramovun gənc müəllimlərlə görüşü olub. Görüşdə C.Bayramov Prezident İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini bildirib. Nazir ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Qeyd olunub ki, hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir ki, onların da 39 179 nəfəri, yəni 27 faizinin yaşı 35 yaşa qədərdir. C.Bayramov qeyd edib ki, həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür.
Nazirin sözlərinə görə, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
C.Bayramov ötən il işə qəbul olunan 4100 nəfərə yaxın müəllimin 2724-nə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib: "Ümumilikdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 5 ildə 18 136 müəllim uğur qazanıb. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib".
Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edildiyini bildirən təhsil naziri deyib ki, 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub: "Ötən il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
UNEC-də mentorluq fəaliyyətində yeni mərhələ: Türkiyə təcrübəsi
21.09.2019
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu başlayıb
20.09.2019
Mehriban İmanova Prezident yanında Elmin İnkişafı Fonduna icraçı direktor təyin edildi
20.09.2019
Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru BDU-ya rəsmi səfərə gəlib
20.09.2019
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info