Dövlət Gömrük Komitəsinin Akademiyasında növbəti xidmətə ilkin hazırlıq təlimləri başa çatıb
Tarix: 01.02.2019 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş gömrük əməkdaşlarına peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunan növbəti xidmətə ilkin hazırlıq təlimləri başa çatıb. Dinləyicilərin bir ay ərzində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov, Akademiya rəisinin müavinləri, təlimlərdə tədrisi həyata keçirən professor-müəllim heyəti iştirak ediblər.
Texnika elmlər doktoru, professor İqbal Babayev 26 yanvar - Ümumdünya Gömrük Təşkilatının yaranması günü və 30 yanvar - gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə dinləyiciləri təbrik edib. O, Akademiyada yüksək səviyyədə, yeni fərqli proqramla təlimlərin təşkil olunduğunu, proqramın təkmilləşdirildiyini qeyd edib. Gömrük qanunvericiliyinə olunan dəyişikliklərin təlimlərin proqramında müvafiq dəyişiklikləri zəruri etdiyini vurğulayıb. İqbal Babayev Akademiyanın təlimlərinin gömrük əməkdaşlarının formalaşmasında mühüm rol oynadığını bildirib.
Dövlət Gömrük Komitəsi tərəfindən kadr potensialı ilə bağlı son dövrlərdə aparılan islahatlar və görülən işlərdən bəhs edən Komitə sədrinin müavini gender balansının 10 faizdən 23 faizə çatdırıldığını sözlərinə əlavə edib.
İqbal Babayev beynəlxalq əməkdaşlığın, gömrüklə bağlı universitetlərlə əlaqələrin yaradılmasının vacibliyini qeyd edib. Komitə sədrinin müavini dinləyicilərə fəaliyyətlərində uğurlar arzulayaraq, daim Vətənə, xalqına layiqli xidmət etməyi tövsiyə edib.
Akademiyanın rəisi Qulu Novruzov təlimlərin təşkilində verdiyi dəstəyə görə Komitə rəhbərliyinə təşəkkürünü bildirib. O, təlimlərdə dinləyicilərə bilavasitə gömrük əməkdaşlarının peşə fəaliyyəti zamanı zəruri olan bilik və bacarıqların verildiyini vurğulayıb. Akademiya rəisi təlimin gömrük xidmətində tətbiq olunan yeni innovasiyaların da daxil edildiyi yeni, fərqli tədris proqramı əsasında aparıldığını və dinləyicilərin bu bacarıqlara yiyələndiklərini, praktiki biliklər əldə etdiklərini qeyd edib. Qulu Novruzov təlimlərin keçirilməsinin gömrük xidməti əməkdaşlarının səriştələrinin artırılması üçün Akademiyanın fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. Akademiya rəisi bir ay ərzində əldə etdikləri bilik və bacarıqların, praktik vərdişlərin onlara gündəlik iş fəaliyyətində yararlı olacağına əminliyini ifadə edib.
Tədbirdə dinləyicilərin sualları cavablandırılıb, müxtəlif suallar ətrafında müzakirələr aparılıb. Daha sonra dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib. Bununla yanaşı, dinləyicilər hərbi və sıra duruşu nümayiş etdiriblər.
Qeyd edək ki, yanvar ayında təşkil olunan təlimlərdə 39 dinləyici iştirak edib. Xidmətə yeni qəbul olunan gömrük əməkdaşlarının növbəti qrupu üçün təlimlər isə fevral ayında keçiriləcəkdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18.09.2019
BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
18.09.2019
ADU Tələbə Həmkarlar İttifaqı Komitəsindən təqdirəlayiq addım!
17.09.2019
Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var
17.09.2019
“Təhsil kreditləri haqqında“ qanun layihəsi hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info