ABŞ Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını bəyan edib
Tarix: 01.02.2019 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


ABŞ fevralın 2-dən etibarən Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını bəyan edib. Vaşinqton bu addımını Moskvanın müqavilə şərtlərini pozması ilə izah edib.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Rusiyanı Orta və yaxın mənzilli Nüvə Qüvvələrinə dair 1987-ci il tarixli müqavilənin (1987 Intermediate-Range Nuclear Forces Treaty - INF Treaty) şərtlərini davamlı olaraq pozduğunu bəyan edib. Hələ ötən ilin oktyabrında Prezident Donald Tramp bildirmişdi ki, Vaşinqton bu müqavilədən çıxmaq niyyətindədir. NATO da ABŞ-ın bu mövqeyini dəstəkləyib. ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı nəzərdə tutan “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müddətsiz müqavilə 1987-ci ildə sovet rəhbəri Qorbaçovla ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan arasında Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın 500-5500 kilometr məsafə radiusunda hədəfləri vura biləcək yer tipli bütün qanadlı raketlərin ləğvini nəzərdə tutur, həmçinin onların istehsalını və sınağını qadağan edir. Ekspertlərin fikrincə, müqavilənin ləğvi dünyada, xüsusən də iki ən böyük nüvə dövləti - ABŞ-la Rusiya arasında silahlanma üzrə yeni yarışa səbəb olacaq və nəticədə qlobal, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyi ciddi təhdid altında qalacaq. Belı ki, Rusiyanın ehtimal olunan hücumlarının qarşısının alınması üçün Vaşinqtonun nüvə başlığı daşıya bilən yer tipli orta mənzilli ballistik raketlərini yerləşdirəcəyi ilk region məhz Avropa olacaq.
Müqavilədən çıxma müddəti sənədin şərtlərinə əsasən altı ay davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.01.2020
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18, yaralananların sayı isə 553-ə çatıb - VİDEO
25.01.2020
Hələbin atəşə tutulması nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb
25.01.2020
Fransada koronavirus daşıyıcıları aşkarlanıb
25.01.2020
Afrikanın ən varlı qadını pul qaçaqmalçılığında şübhəli bilinir
24.01.2020
“Beynəlxalq cəmiyyətin Suriyada etdiyi səhvi Liviyada təkrarlanmamasını xahiş edirik“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11438

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 “Sovetski“də söküntü işləri dayandırılıdı
5 Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info