Avropa qitəsi ABŞ və Rusiya arasında rəqabət meydanı olmayacaq
Tarix: 01.02.2019 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib ki, Avropa qitəsi ABŞ və Rusiya arasında rəqabət meydanı olmayacaq. Mogerini bu bəyanatı ABŞ-ın fevralın 2-dən etibarən Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını elan etməsindən sonra səsləndirib. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi jurnalistlərə müsahibəsində deyib: “Avropa İttifaqı Avropa qitəsinin “yenidən superdövlətlərin rəqabət meydanına çevrilməsini istəmir. Biz qitənin geriyə dönərək supergüclərin öz aralarında çəkişdiyi döyüş meydanı olmasının qəti əleyhinəyik. Bu, artıq uzaq keçmişdə qalıb”. Vaşinqtonun qərarından sonra ekspertlər müqavilənin ləğvinin ABŞ və Rusiya arasında silahlanma üzrə yeni yarışa səbəb olacağını, bütün dünyanın, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyi üçün ciddi təhlükə yaradacağını bildiriblər. Onlar qeyd ediblər ki, Vaşinqton Rusiyanın ehtimal olunan hücumlarının qarşısının almaq məqsədilə nüvə başlığı daşıya bilən orta və yaxın mənzilli ballistik raketləri məhz Avropada yerləşdirəcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Hindistanda ildırım 17 nəfəri öldürdü
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib
18.09.2019
Misirdə doqquz ekstremist məhv edilib
17.09.2019
Göyçayda dəhşət! Oğul 79 yaşlı atasını ölümcül bıçaqladı
17.09.2019
Yevlaxda kafe yanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info