Yunanıstanda “Azərbaycanda gənclər siyasəti“ mövzusunda təqdimat olub
Tarix: 01.02.2019 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Heydər Əliyevin imzaladığı sərəncamla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Gənclər Günü münasibətilə Yunanıstanın Saloniki şəhərində Azərbaycanda Gənclər Siyasəti mövzusunda yerli gənclər qarşısında təqdimat keçirdi.
Təqdimat zamanı Azərbaycan Gənclər və Idman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Diaspor Gəncləri və digər gənclərlə çalışan qurumların fəaliyyətləri və iş istiqamətləri barədə gənclərə məlumat verildi, Azərbaycanda gənclər üçün yaradılan şərait və imkanlar müzakirə olundu, dövlət başçısı Ilham Əliyev cənablarının gənclərlə bağlı siyasətinin başlıca istiqamətlərindən biri kimi gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsindən danışıldı. Qeyd edək ki, Azərbaycanda gənclər siyasətinin təqdimatı yerli gənclər tərəfindən çox maraqla qarşılandı və cəmiyyətin üzvlərinə mövzu ətrafında xeyli suallar verildi. Təqdimatın sonunda gənclər Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri ilə bağlı təklif və arzularını yazılı formada qeyd etdilər. Tədbirin qeyri-rəsmi hissəsi olaraq, iştirakçı qonaqlara Azərbaycan milli şirniyyat süfrəsi təqdim olundu.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info