Fəal gənclər təltif ediliblər
Tarix: 01.02.2019 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2 Fevral-Gənclər Günü münasibətilə universitetin bir qrup fəal tələbəsi ilə görüşüb. Görüşdə Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, rektor köməkçisi Riyad Rüstəmli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov iştirak ediblər.
Rektor Cəfər Cəfərov tələbələri 2 Fevral-Gənclər Günü münasibətilə təbrik edib, onlara möhkəm can sağlığı, uzun ömür, həyatda və təhsildə uğurlar arzulayıb. Rektor qeyd edib ki, ölkəmizdə əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident uğurla davam etdirir. Dünyada 200 dövlət, 5 minə yaxın xalq var. Gənclər hər bir ölkənin, dövlətin gələcəyidir. Xüsusən də, müəllim peşəsini seçən gənclərin üzərinə böyük məsuliyyət düşür. Sizin gələcəkdə bilikli, bacarıqlı mütəxəssislər kimi fəaliyyət göstərməyiniz xalqımızın, dövlətimizin daha da güclənməsində mühüm rol oynayacaq. Siz Azərbaycan məktəbini yeni bir keyfiyyət mərhələsinə gətirməlisiniz. Gənclər müstəqil dövlətimizin qədrini bilməli, onu göz-bəbəyi kimi qorumalıdırlar. Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev çıxış edərək bildirib ki, bu görüşdə universitetin xüsusi nailiyyətləri ilə seçilən tələbələri iştirak edirlər. Bu gənclər öz müsbət fəaliyyətləri ilə özlərini təsdiq ediblər. Professor F.Rzayev gəncləri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Görüşdə 2018-ci ildə təhsildə və ictimai fəaliyyətdə fərqləndiyinə görə 2 Fevral-Gənclər Günü münasibətilə “İlin gənci” nominasiyası üzrə Aytən Bağırova, tələbələrin vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə “İlin gənci” nominasiyası üzrə Taleh Mirzəyev, mədəniyyət sahəsində fərqləndiyinə görə “İlin gənci” nominasiyası üzrə Məxfirət Hüseynova, idman sahəsində fərqləndiyinə görə “İlin gənci” nominasiyası üzrə Rəvan Fərzaliyev, əcnəbi tələbələrin universitetin ictimai həyatında fəal iştirakı ilə bağlı apardığı məqsədyönlü işlərə görə “İlin gənci” nominasiyası üzrə Hakan Köse, tələbələr arasında ictimai fəaliyyətdə xüsusi fərqləndiklərinə görə “İlin gənci” nominasiyası üzrə Flora Kərimli, Sona Həsənova fəxri fərmanla, tələbələr arasında ictimai fəaliyyətdə fərqləndiklərinə görə Sənan İmanov, Məhbubə Axundova, Nuranə Balakişiyeva, Şəlalə Zəkizadə, Mehriban Piriyeva, Lamiyə Adıgözəlova, Aysel Ramazanova, Məsməxanım Qədimova, Səriyyə Mehdizadə, Vüqar Suvarov təşəkkürnamə ilə təltif ediliblər. Tələbə-gənclər onlara göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi yetişmək üçün əzmlə çalışacaqlarını bildiriblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18.09.2019
BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
18.09.2019
ADU Tələbə Həmkarlar İttifaqı Komitəsindən təqdirəlayiq addım!
17.09.2019
Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var
17.09.2019
“Təhsil kreditləri haqqında“ qanun layihəsi hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info