“Dünyanın dörd bir tərəfində Azərbaycan gəncinin uğurunun şahidi ola bilərik”
Tarix: 01.02.2019 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Nigar Ələsgərova: “Bu gün region gənci ictimai-siyasi proseslərdə xeyli fəallaşıb”

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın “Gənclər Günü” münasibətilə “Palitra”ya müsahibəsini təqdim edirik.
-Dövlətin gənclər siyasəti nə dərəcədə öz müsbət effektini verib?
-Ümumi mənzərəyə nəzər salanda bu sualın cavabını asanlıqla vermək olur. Bu gün nəinki dövlət qurumlarında, həmçinin cəmiyyətin müxtəlif sferalarında gənclər idarəetmədə təmsil olunur, qərar verir, mühüm postlarda çalışırlar. Bu, dövlətin gənclərə olan inam və etimadının sübutu olmaqla yanaşı, artıq uzun illərdir həyata keçirilən gənclər siyasətinin uğurlu nəticəsidir. Bu gün Azərbaycan gənci dünya çempionudur və bayrağımızı böyük arenalarda dalğalandırır. İxtirası ilə dünyaya səs salan gənc ixtiraçıdır. Böyük ürəyi və savadı ilə milyonların diqqətini üzərinə çəkən həkimdir. Dünyanın ən uğurlu müəssisələrində çalışan mütəxəssisdir. Bu gün dünyanın dörd bir tərəfində Azərbaycan gəncinin uğurunun şahidi ola bilərik. Heç şübhəsiz ki, bu uğurların bünövrəsində ulu öndər Heydər Əliyevin banisi olduğu gənclər siyasəti dayanır.
-2 fevral – Gənclər Gününün gənclərin dövlətə və özünəinam baxımından nə kimi rolu var?
-Mən əminəm ki, hər bir Azərbaycan gənci təqvimdə onun varlığına həsr olunmuş bir günün olmasından qürur duyur. Hər ilin 2 fevral tarixində bu sevinci, həyəcanı hiss etməmək mümkün deyil. Hər gənclər günü mütləq bayram sevinci, özəllik duyğusu, qiymətləndirmə həyəcanı yaşanır. Arzu edərdim ki, bu günün təsirinə düşməyən heç bir gənc qalmasın. Hər bir gəncimiz bu günün mahiyyətini anlasın və doyunca zövq ala bilsin.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu dövlətin hər addımında, islahatında öz əksini tapır. Gənclər Gününün təsis olunması və hər il təntənəli qeyd olunması da dövlətimizin gənclərə, gəncliyə göstərdiyi qayğının nəticəsidir.
Təsadüfi deyildir ki, bu gün Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva “Gənclər Günü” münasibətilə gənclərin görüşünə gəlmişdi. Cənab Prezident öz gəncliyindən, uğurlarından, qarşılaşdığı çətinliklərdən danışdı. Gənclərin yanında olduğunu, onlara olan etimadını xüsusi qeyd etdi. Azərbaycan gəncliyini hansı zirvədə görmək istəyini, onlarla bağlı arzularını ifadə etdi. Bütün bu sadalananlar dövlətin, dövlət rəhbərinin gənclərə inam və sevgisinin sübutudur.
-Bu gün Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə vətəndaş mövqeyini ortaya qoya bilibmi?
-Bu çox həssas məsələdir. Ölkə daxilində vətəndaş mövqeyi hər bir gəncin nə qədər layiqli vətəndaş kimi formalaşmasından, şəxsiyyətindən asılıdır. Ölkə xaricində layiqincə mövqe ortaya qoymaq, lobbiçilik, təmsilçilik isə uzun illər strateji fəaliyyətlərin, ideoloji tərbiyənin nəticəsində meydana gəlir. Mən şahidi olduğum məqamları qeyd etmək istərdim. Xarici ölkələrdə gənclərimiz vətəninə bağlılığı, sevgisini layiqincə nümayiş etdirir. Biz “Odlar Yurdu” Gənclər İB olaraq bir çox beynəlxalq layihələrin tərəfdaşı oluruq. Mən özüm NATO-nun Baş Qərargahında Qafqaz ölkələrinin gənc liderlərinin toplantısında iştirak etmişəm. Həmişə də bu layihələrdə ən yüksək səviyyədə təmsil olunmağa, ölkəmiz haqqında yüksək təəssürat formalaşdırmağa çalışırıq. Lazım gəldikdə isə vətəndaş mövqeyi ortaya qoyur və haqqımızı tələb edirik.
-Region gəncləri ictimai-siyasi proseslərdə nə kimi fəallıq göstərir?
-5 il öncə bu sualı cavablamaqda çətinlik çəkərdim. Bu gün region gənci ictimai-siyasi proseslərdə xeyli fəallaşıb. Belə ki, mümkün qədər paytaxtda həyata keçirilən yerli, regional və beynəlxalq layihələrdə aktiv iştirak edirlər. Regionlarda müxtəlif layihələr icra olunur. Bu prosesdə Azərbaycan Gənclər Fondunun son bir ildə həyata keçirdiyi fəaliyyət danılmazdır. Bu fəaliyyətin də nəticəsi açıq şəkildə hiss olunur. Danılmazdır ki, hələ bu sahədə çox iş görülməlidir. Region gəncləri gəncliyin böyük hissəsini əhatə edir. Onların da paytaxt gəncləri kimi imkanları daha da genişləndirilməli, fərdi inkişafları istiqamətində daha çox işlər görülməlidir. Bu sahədə gediləsi uzun yolumuz var. Ümumilikdə proseslər inkişaf edən xətt üzrə davam edir. Əminəm ki, 2 il sonra bu sualın cavabı daha başqa olacaq.
- “Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq gənclərin inkişafına nə kimi töhfənizi veribsiniz?
-“Odlar Yurdu”ndan yolu düşmüş hər bir gənc təsdiqləyər ki, bu təşkilat bir məktəbdir. Bizimlə çalışan hər bir gənc uğurlu kadr kimi formalaşıb və bu gün bir çox rəhbər, idarəedici, qərarverici postlarda təmsil olunurlar. Bəlkə təvazökarlıqdan uzaq görünəcək, amma “Odlar Yurdu” regionda təsis olunmuş və fəaliyyət göstərən bir təşkilat olaraq fəaliyyət ərazisində rəqabət mühiti formalaşdırmağı, yeni tendensiyalar, ilklər, cərəyanlar yaratmağı bacarıb. İstər beynəlxalq əməkdaşlıq, istərsə də respublika daxilində həyata keçirdiyimiz bütün layihələrdə məzmuna, keyfiyyətə üstünlük verilib. 2012-2018-ci illərdə 5 fəaliyyət istiqaməti üzrə könüllük, ətraf mühitin qorunması, aktiv vətəndaşlıq, intellektual inkişaf, dövlətçilik/vətənpərvərlik) layihələr, təlim, seminar və s. fəaliyyətlər icra etmişik. 10 min nəfərdən çox gənc bu fəaliyyətlərdən faydalanıb. Biz gənclərimizə məsuliyyətli vətəndaş olmağı, dəyərlərə sadiqliyi, dövlətçiliyi təbliğ etmişik.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
18.05.2019
Musa Qasımlı: Biz yaşadığımız Qafqaz regionunda baş verən prosesləri dərindən öyrənməliyik
16.05.2019
General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
16.05.2019
“İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
16.05.2019
Gömrük Akademiyasının tələbəsi: “Əgər bu sistemdə işləmək istəyirsənsə, aşağı pillədən işləməyə başlamalısan”
15.05.2019
“Böyük təhlükə yaradan mikroorqanizmlərlə 10-20 ildən sonra heç antibiotiklər də bacarmayacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info