Fəxrəddin Həsənzadə: Gənclər bugünkü görüşdə Prezidentin dəstək və etimadının bir daha əyani şahidi oldular
Tarix: 01.02.2019 | Saat: 22:47:00 | E-mail | Çapa göndər



Bu gün Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı, dövlətimizin başçısının geniş məzmunlu nitqi və fəal gənclərin bir qrupunu təltif etməsi gənclərə göstərilən diqqət və qayğının növbəti göstəricisi olmaqla yanaşı, hər birimizdə qürur və böyük məsuliyyət hissi doğurdu. Xüsusi olaraq gənclərin təhsili, dövlətçilik ənənələrinə sadiqliyi, milli-mənəvi ruhda tərbiyəsi ilə bağlı dəyərli fikirlər söyləyən dövlətimizin başçısı təhsil fəaliyyətinin təşviqinə böyük önəm verdi. Ümumi məqsədlərdən biri kimi isə təhsil alan gənclərin qazandığı innovativ bilik və bacarıqlarının iqtisadi amilə çevrilməsinin önəmini vurğuladı.
Bu sözləri Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısının iştirakçısı, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, görüşdə, həmçinin şəxsiyyətyönümlü insan kapitalının inkişafına yönəlmiş müasir təminatlı sahibkarlıq mühitinin yaradılması və iqtisadi inkişafla uyğunlaşdırılmasının önəmi vurğulandı. Bu konsepsiya region gənclərinin məşğulluğunun artırılmasında böyük xidmətləri olacaq.
Fəxrəddin Həsənzadə deyib: “Azərbaycanda gənclər siyasətinin uğurlarına toxunan Prezident könüllülük ənənələrinin inkişafını yüksək qiymətləndirdi, dövlət orqanlarında bu işin təşviqinin artırılması istiqamətində tövsiyələr verdi, gələcək fəaliyyətimizdə əsas hədəfləri müəyyən etdi. Altı regionda fəaliyyət göstərən gənclər təşkilatı olaraq prioritet istiqamət kimi bu sahədə işimizi daha səmərəli quracağıq. Həmçinin dövlət orqanlarının fəaliyyətində gənclərə önəm verilməsi məsələsinə diqqət göstərməsi, gənclərin ictimai nəzarət imkanlarının artırılması istiqamətində fikirləri bir daha sübut edir ki, Prezident İlham Əliyev gənc nəslə etibar edir, onların bilik və potensialından səmərəli istifadəyə qayğı göstərir. Bu gün görüş zalında birmənalı olaraq səmimi mühitin olmasını xüsusi qeyd etmək istərdim. Dövlətimizin başçısının şəhid övladının çıxışına qürurla qulaq asması və çıxış bitdikdən sonra ona övladı tək sarılması, həmçinin əlilliyi olan şəxslərə xüsusi qayğı ilə yanaşması elə bir təsir bağışlayırdı ki, sanki bütün gənclərlə təkbətək görüşdü və onların yanında olduğunu göstərdi. Bu görüşdən sonra bir daha əmin oldum ki, Prezidentimiz daim bizi – gəncləri düşünür”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
İsrailli mer müavini: Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir
23.09.2020
Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür
22.09.2020
Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır
22.09.2020
Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var
22.09.2020
“Paşinyanın etdikləri ilə Yaxın Şərqdəki terror təcrübəsi Cənubi Qafqaza keçə bilər”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info