Şəhid qızı Aysun İbrahimova: Biz dövlətin qayğısını həmişə öz üzərimizdə hiss edirik
Tarix: 02.02.2019 | Saat: 11:47:00 | E-mail | Çapa göndər



Ağac barlı budağı, dağ zirvəsi, çeşmə sərin suyu ilə tanındığı kimi Vətən də layiqli, ona şöhrət gətirən övladları ilə tanınır. Mənim atam Vətənin dar günündə silaha sarılıb onun çağırışına hay verib. Kimsə isti yorğan-döşəkdə yatanda, kimsə hansısa künc-bucaqda daldalananda o, soyuq səngərdə torpağımızı yağı düşməndən qoruyub. Belə bir atanın övladı olduğum üçün qürur və fərəh duyuram.


AZƏRTAC xəbər verir ki, şəhid Əmir İsmayılovun qızı Aysun atasının şəhidliyi haqqında danışarkən belə deyib.

Hərbi qulluqçu Əmir İsmayılov 1993-cü il mayın 20-də Qazaxın Daş Salahlı kəndinin müdafiəsi zamanı şəhidliyə qovuşub. O vaxt mərhum döyüşçünün hələ 40 yaşı tamam olmamışdı...

“Şəhidlik ən uca məqamdır. Onların əməlləri hər cür hörmət və ehtirama layiqdir. Biz bu ehtiramın növbəti nümunəsini Prezident İlham Əliyevin şəhid ailələrinin vərəsələri ilə Prezident Sarayında keçirilən görüşündə gördük. Dövlət başçısı çıxışında ana torpağımızın, doğma yurdumuzun düşməndən qorunması üçün canını əsirgəməyən igid əsgərlərin rəşadətini yüksək dəyərləndirdi. Görüş başa çatandan sonra şəhidlərin vərəsələri, ailə üzvləri ilə doğma, yaxın bir adam kimi səmimi söhbət etdi. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidlərin ailə üzvləri ilə ünsiyyətdə oldu, onlarla xatirə şəkli çəkdirdi. Şübhəsiz ki, bunların hamısı dövlət - xalq, Prezident - xalq birliyinin ən gözəl təcəssümünə çevrildi”.

Həmin görüşdə şəhid ailələri Prezidentə müraciət edərək vərəsələrə verilən müavinətlərin məbləğini artırmağı xahiş etdilər. Çox qısa vaxt ərzində bu xahiş nəzərə alınaraq aylıq müavinətlər 300 manata qaldırıldı. Şəhid ailələrinə heç bir ayrı-seçkilik qoyulmadan verilən birdəfəlik ödəmələr və aylıq müavinətlər həmin qrupa daxil olanların sosial müdafiəsinin möhkəmləndirilməsində və rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bizə göstərilən hərtərəfli qayğıya, maddi və mənəvi dəstəyə görə, eləcə də şəhidlər barədə son humanist təşəbbüslərə görə ailə üzvlərimiz, o cümlədən anam Fatmanın, bacılarım Sevinc və Aytənin, qardaşım Tusinin adından dövlət başçısına minnətdarlıq edirik”,- deyə Aysun söhbətinə yekun vurub.




 
Bölməyə aid digər xəbərlər
24.01.2020
Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərində əsas söz sevgidir
24.01.2020
Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk
24.01.2020
Politoloq: Davos Forumu Azərbaycanın dünyada ciddi, etibarlı bir dövlət kimi qəbul olunduğunu bir daha sübut etdi
24.01.2020
Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır
24.01.2020
Son onilliklərdə Azərbaycanda fevral ayı daha soyuq keçir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11438

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 “Sovetski“də söküntü işləri dayandırılıdı
5 Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info