Paşinyanın erməni kilsəsində “inqilab” cəhdi baş tutmayıb
Tarix: 02.02.2019 | Saat: 12:57:00 | E-mail | Çapa göndər



Ermənistanı baş naziri Nikol Paşinyan Kilikiyə katolikosu I Arama erməni kilsəsində “inqilab” etməyi təklif edib. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, din xadiminin bu təklifi qəbul etməməsi hökumət başçısının xoşuna gəlməyib.

Erməni mətbuatının yazdığına görə, bundan əvvəl Paşinyanın nümayəndələri – hazırda parlamentin vitse-spikeri olan Lena Nazaryan və digər deputatlar I Arama bütün ermənilərin katolikosu II Qareginin yerinə keçməyi təklif ediblər. Bu məqsədlə ötən ili avqustunda Livana səfər edən deputatlar Kilikiyə katolikosuna erməni kilsəsində “inqilab” etməyin zəruriliyini anlatmağa çalışıblar. Jurnalistlər qeyd edirlər ki, bu yaxınlarda II Qareginə qarşı aqressiv hərəkətlər edən dəstəyə polisin müdaxilə etməməsi də hökumətin bu din xadiminə münasibətində irəli gəlir.
Bildirilir ki, I Aram h nümayəndə heyətinin, həm də şəxsi görüş zamanı Paşinyanın təkliflərini rədd edib. Qəzetlər Livandakı erməni mənbələrin də bu məlumatı təsdiq etdiyini qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Paşinyanın “Whatsapp” yazışmaları ortaya çıxdı
20.09.2019
Cermukda şagirdlər də tətilçilərə qoşulublar
20.09.2019
Rusiya-Türkiyə əməkdaşlığı erməniləri məyus edib
19.09.2019
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
19.09.2019
“Paşinyan çevrilişdən qorxduğu üçün güc orqanları rəhbərlərini neytrallaşdırır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info