Ömrü şərəflə yaşayan müəllim
Tarix: 05.02.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


Esmira Məmmədova |

Pedaqogika üzrə fəlsəfə doktoru

Necə başlayacağımı bilmirəm. Sizin haqqınızda öz xatirələrimi qələmə almaq çox çətindir...
Sevdiyin, şəxsiyyətinə, mənliyinə böyük hörmət və ehtiram bəslədiyin, fəaliyyətini özüm üçün örnək saydığın bir insanın ömür yolu barədə düşünmək nə qədər asandırsa, düşündüklərini hissə qapılmadan, doğru-düzgün qələmə almaq bir o qədər çətindir, mürəkkəbdir....
İnsan var ki, onu qohum-əqrabasından başqa heç kəs tanımır. İnsan var ki, az iş görüb çox tanınmağa çalışır. İnsan da var ki, daim qəlbini yüksək mənəviyyatı ilə zənginləşdirir,özünü təkmilləşdirir, müdrikliyini, qüdrət və cəsarətini artırır. Özü şam kimi ərisə də, öz ömrünü çıraq edib milyonların yolunu işıqlandırır, qəlbinə, idrakına nur saçır. Yorulmaz fəaliyyətindən, iz salan əməllərindən başqalarına da pay düşür. Müasirlərini,xələflərini doğru yola istiqamətləndirir.Vicdanının səsinə qulaq asa-asa başqalarını da haqqa, ədalətə səsləyir. Xoşbəxtlik, səadət təlqin edən düşüncələri ilə hamının hörmət və ehtiramını qazanır. Mən tam qətiyyətlə deyərdim ki, filologiya üzrə elmlər doktoru, professor Əzizxan Vəli oğlu Tanrıverdiyev məhz sonunculardandır. Qəti sözü, aydın fikri, orijinal yolu, güclü məntiqi, təmənnasız xeyirxahlığı, düz ilqarı olan professor barədəki düşüncələrimi ağ kağıza köçürmək istərkən xəyalım məni çəkib beş il əvvələ apardı...
2014-cü il oktyabr ayının 28-i idi. Unutmayacağım bir tarix. Həmin gün pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağım üçün ADPU-nun kiçik akt zalında müdafiəm təşkil olunmuşdur.Mən böyük alimlərin, professor-müəllim heyətinin qarşısında həyəcanlı çıxışımı başa vurub titrəyə-titrəyə yerimdə əyləşdim. Çıxışımdan sonra professor Fərrux Rüstəmov: “İndi isə söz Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyevə verilir”-dedikdə, məni dəhşətlihəyəcan hissi bürüdü. Çünki qiyabi də olsa, Əzizxan müəllimin elmi fəaliyyəti, çoxşaxəli yaradıcılığı, xüsusən də Azərbaycan dilinin tarixi qrammatikasını necə dərindən bildiyi haqqında məlumatım var idi.
Tribunada Əzizxan müəllim dissertasiya işimlə bağlı çıxış etdi və əyləşdi. Onun mənim işimlə əlaqədar söylədiyi bütün fikirlər hələ də yadımdadır. Professor Əzizxan Tanrıverdinin natiqlik məharətinə, səlis və aydın nitqinə heyran olmuşdum. Ürəyimdə fikirləşirdim. Belə bir müəllimin tələbəsi olmaq mənə niyə nəsib olmamışdır?...
2016-cı ildə talehməni Əzizxan müəllimlə bir də görüşdürdü. Mən onun tələbəsi olmasam da,rəhbərlik etdiyi “Azərbaycan dili və onun tədrisi metodikası”kafedrasının müəllimi oldum. Bu həqiqətən də, mənim əlçatmaz arzum idi. Professor Əzizxan Tanrıverdi ilə çiyin-çiyinə çalışmaq həm çətin, həm də şərəfli idi. Belə bir pedaqoqun, dilçi alimin kafedrasında işləmək böyük məsuliyyət tələb edirdi.
Az müddət olsa da, mən professor Əzizxan Tanrıvedidən çox şey öyrəndim. Onun Azərbaycan dil və metodikası haqqında dəyərli, əvəzolunmaz fikir və təkliflərindən yararlanmamaq qeyri-mümkündür.
Hadisələri qabaqlama, proqnoz vermə cəhətdən Əzizxan müəllim başqalarında fərqlənirdi. Gənclərə dəstək olması, hər zaman bizə kömək etməsi, metodik cəhətdən tövsiyələr verməsi Əzizxan müəllimin sadə, təvazökar olmasından xəbər verirdi.
Yazdığı məqalələr, “Kitabi-Dədə Qorduq” dastanı haqqında çap etdirdiyi kitablar bizə verdiyi ən qiymətli xəzinədir. Onun “Azərbaycan dilinin tarixi qrammatikası” kitabı Azərbaycan dili müəllimlərinin stolüstü kitabına çevrilib.
Bu gün tam əminliklə deyə bilərəm ki, prof. Əzizxan Tanrıverdi Azərbaycan dilinin inkişafında, Azərbaycan dili və onun tədrisi üzrə metodist alimlərin yetişməsindəolduqca böyük rola malikdir.O, elmdə prinsipial, insanlarla münasibətdə xeyirxah idi. Ünsiyyətdə olduğu adamların dərin hörmətini qazanmağa qabil bir müəllim idi. Hamıda heyranlıq doğuracaq bu hisslər Ulu Tanrıdan ona bəxşiş idi desəm, heç də yanılmaram. Prof. Əzizxan müəllim zəngin təcrübə və nüfuz sahibi olması ilə digər ziyalılardan seçilirdi. Qəlbi açıq, düşüncəsi aydın, niyyəti təmiz idi.Bizə də belə olmağı tövsiyə edirdi.
Sağlığında prof. Əzizxan müəlliməyubiley münasibəti ilə yazdığım təbrik məktubunu vedim.O, təbriki oxuyub səmimi sözlər yazdığıma görə mənə təşəkkürünü bildirmişdi. Heç inanmazdım ki, hörmətli müəllimim haqqında keçmiş zamanda danışacam. Onun sitatlarından, tövsiyələrindən hələ də yararlanıram. Auditoriyada Prof. Əzizxan müəllim haqqında danışmaq, onun gördüyü işləri, dərsliklərini nümunə göstərmək mənim üçün böyük şərəfdir. Çox şanslı biri oldum ki, Əzizxan müəllimlə eyni kafedrada çalışdım. Tələbəsi olmasam da, özümü prof.Əzizxan Tanrıverdi yanında tələbə hiss edirdim. Onun söylədiyi çıxışlardan həmişə nəsə öyrənməyə çalışırdım.
Qismət olmadı, onunla birgə işləmək, daha çox şey öyrənmək. Amansız xəstəlikdən qurtula bilmədi. Hətta xəstəliyi belə özünə yaxın buraxmırdı. Mübarizə aparırdı. “Mən sağlamam. Mənə heç nə olmayıb. Narahat olmayın” deyirdi. Bu gün aramızda yoxdur. Haqqında şeirlər, poemalar, məqalələr, kitablar yazılır və yazılmaqdadır. İnanıram ki, Əzizxan müəllimin tələbələri, qalaq-qalaq kitabları daima onu ürəklərdə yaşadacaq!
Ustad, fikrimi necə tamamlayım bilmirəm. Yaşasaydınız 60 iliyinizi qeyd edəcəkdik. Hətta kafedramızda bununla bağlı hazırlıq işlərini belə planlaşdırırdıq... Bilmirəm daha nə deyim, necə deyim...Sizə Allahdan rəhmət diləyirəm! Yeriniz cənnət olsun! Yoluma işıq saçan müəllimim!




 
Müəllifin son yazıları

04.04.2019 Yol düşüncələri, yaxud da 234 saylı otaq
24.08.2016 Erməni addımı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info