“Dövlətimizin iqtisadi gücü artır”
Tarix: 05.02.2019 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Rəşid Məmmədov: “Müstəqil Azərbaycan əldə etdiyi sosial-iqtisadi uğurlara görə dünya birliyi sistemində siyasi kursu nəzərə alınan ölkəyə çevrilib”

Bu gün Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu siyasət, aparılan islahatlar nəticə etibarilə bütün təbəqələrdən olan vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Həmçinin Azərbaycan iqtisadiyyatının sürətli və dinamik inkişafı ölkəmiz haqqında beynəlxalq arenda müsbət imic qazandırıb. Prezident İlham Əliyev öz çıxışlarında bu barədə dəfələrlə fikirlərini bildirib. Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin deyib ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər: “Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi”.
Bu kimi uğurlar xaricdəki soydaşlarımızı da sevindirir. "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov özəl olaraq “Palitra”ya bildirdi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır: “Çox aydın şəkildə görünür ki, dövlətimiz ardıcıl inkişaf yolunda əzmlə irəliləyir. Beynəlxalq arenada siyasi və iqtisadi böhranların davam etdiyi dönəmdə ölkəmizdə tam ictimai-siyasi sabitlik hökm sürür, dövlətimizin iqtisadi gücü, insanların sosial rifahı yüksəlir. Ölkəmizdə keçirilmiş böyük tədbirlər Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir”.
Rəşid Məmmədov bildirdi ki, bu gün müstəqil Azərbaycan əldə etdiyi sosial-iqtisadi uğurlara görə dünya miqyasında liderlər mövqeyinə yüksələn, dünya birliyi sistemində siyasi kursu nəzərə alınan ölkəyə çevrilib: “Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanın iqtisadi inkişafının, mədəniyyətinin dünyada tanıdılması məqsədi ilə ölkəmiz bir çox beynəlxalq sərgilərdə, forumlarda iştirak edir və bu da bizim beynəlxalq nüfuzumuzu artırır”.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
10.08.2019
Radikallar dövlətin mənafelərini, vətəndaşların hüquqlarını qoruyan polisdən nə istəyirlər?
07.08.2019
AXC-Müsavatın hakimiyyət davası olmasaydı, torpaqlar əldən getməyəcəkdi
05.08.2019
“Azərbaycan dövlətini və xalqını xaricdə layiqincə təbliğ etməyə çalışıram”
01.08.2019
“Ermənistanda maaşları artırmaq üçün sabit maliyyə mənbələri yoxdur”
30.07.2019
“Savadlı kadrların əksəriyyəti Ermənistanı tərk edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info