Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Tarix: 06.02.2019 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının KİV və İctimaiyyətlə əlaqələr bölməsinin müdiri İlahə İsmayılovanın “istixeber.info” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, şikayətçidə narazılıq doğuran material hazırlanarkən, balans prinsipi pozulub, obyektivlik gözlənilməyib. Sayt əməkdaşlarına müraciət edilməsinə və araşdırma üçün şərait yaradılmasına baxmayaraq, tənqid ruhlu material birtərəfli hazırlanıb, qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış məqamlar qabardılıb. MŞ adından “istixeber.info” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.
Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın “Open.az” saytına qarşı şikayətin araşdıran Komissiya üzvləri bildiriblər ki, sözügedən şikayət təkrarən müzakirəyə çıxarılır. Belə ki, Komissiyanın 15 yanvar 2019-cu il tarixli iclasında məsələ şikayətçilər Fəridə Əzizova, onun qohumu Aysel İsgəndərova və “Open.az” saytının redaktorunun iştirakı ilə müzakirə edilib, xəbərdə ciddi xətalara yol verildiyi, informasiyanın qondarma məsələlər üzərində qurulduğu, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilmədiyi sayt təmsilçisi tərəfindən etiraf edilib. Sayt redaktoru təkzib verməyə, həmçinin, qarşı tərəfin mövqeyini işıqlandırmağa razı olub. Lakin, sonradan bu vədin yerinə yetirilməməsi, təkzib verilməməsi “Open.az” saytının qeyd olunan mövzu üzrə fərqli maraqlarının olduğunu təsdiqləyir. Komissiya üzvləri geniş kontekstdə araşdırma aparılması üçün məsələnin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilməsinə dair rəy veriblər.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “müxalifet.az” saytına qarşı şikayəti də araşdırılıb. Sayt təmsilçisi materialların birtərəfli, əsaslandırılmamış hazırlandığını etiraf edib, onların saytdan götürüldüyünü bildirib. Amma qarşı tərəf bununla yanaşı, təkzib verilməsini istəyib. Komissiya üzvləri sayta təkzib verilməsini tövsiyyə ediblər.
“Bakı Metropoliteni” QSC-nin “pressinfo.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəy veriblər ki, saytın hazırladığı materialda balans prinsipi pozulub. Qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış fikirlər yer alıb. MŞ adından “pressinfo.az” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı
19.10.2019
Gələn ildən məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info