Dövlət Miqrasiya Xidməti “Miqrant” adlı foto və video müsabiqə elan edir
Tarix: 06.02.2019 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidməti (DMX) 19 mart – Azərbaycan Respublikası Miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə “Miqrant” adlı foto və video müsabiqə elan edir.
DMX-dən bildiriblər ki, müsabiqənin şərtlərinə əsasən, təqdim edilən foto və video materiallarda həm qanuni, həm də qanunsuz miqrasiya ilə bağlı miqrant həyatı, miqrasiya sahəsi üzrə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, sığınacaq axtaranların, qaçqınların və sair insanların həyat tərzi, miqrantların cəmiyyətə faydası və inteqrasiyası, insanların bu şəxslərə münasibəti, ictimai faydalı mesajlar əksini tapmalıdır. Müsabiqənin şərtlərinə görə, iştirakçılar 16 yaşdan yuxarı olmalıdır. Müsabiqəyə həm peşəkar, həm də həvəskarlar qatıla bilərlər. Yerli və xarici müəlliflərin hər biri müsabiqədə yalnız bir nominasiya üzrə iştirak edə bilər. Göndərilən işlər müsabiqənin şərtlərinə uyğun gəldiyi halda müəlliflər iştirakçı statusu qazanmaları haqda məlumatlandırılacaqlar.
Hər nominasiya üzrə altı ən yaxşı iş (1 nəfər I, 2 nəfər II, 3 nəfər III yer) seçiləcək və qaliblər 19 mart – Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü münasibətilə keçiriləcək tədbirdə qiymətli hədiyyələr və diplomla mükafatlandırılacaq.
Foto müsabiqədə fotoşəkillər JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. Fotolar musabiqe@migration.gov.az email ünvanına məzmun yerində FOTO yazılaraq göndərilməlidir. Əlavə olunmuş faylda iştirakçılar adları, yaşları, peşələri, əlaqə vasitələri, fotoşəklin çəkildiyi yer, işin adı, fotoşəkil barədə qısa məlumat təqdim etməlidirlər. Müəlliflər təqdim etdikləri fotoların onlara məxsus olduğunu təsdiqləməlidirlər. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim edilən fotoların üzərində fotoredaktə proqramlarında heç bir əlavələr edilməməlidir. Başqa müəllifə aid, internetdən və ya digər mənbələrdən mənimsənilmiş fotolar qəbul edilmir. Mənəvi, etik normaları pozan, zorakılığı və insan psixologiyasına mənfi təsir edən digər səhnələri əks etdirən fotolar qəbul olunmur. Bir müəllif maksimum üç foto təqdim edə bilər. Mükafata layiq görüləcək fotolar sərgi üçün böyük formatda tələb olunacaq. Video müsabiqədə isə materiallar süjet (xronometraj maksimum iki dəqiqə), reportaj (xronometraj maksimum beş dəqiqə), qısametrajlı film (xronometraj maksimum 15 dəqiqə) və ya NO COMMENT tipli video blok (xronometraj maksimum iki dəqiqə) şəklində təqdim oluna bilər. Video materiallar “WeTransfer” vasitəsilə məzmun yerinə VİDEO yazılaraq musabiqe@migration.gov.az email ünvanına göndərilməlidir. Həmin ünvana müəllifin və ya prodakşının adı, əlaqə vasitələri, işin adı, video haqqında qısa məlumat təqdim edilməlidir. Video materiallar MP4 formatda Dövlət Miqrasiya Xidmətinin əsas binasına (AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202. Metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında) disk şəklində də təqdim edilə bilər. Video materiallarda arxiv videolardan, müxtəlif televiziya kanallarına məxsus kadrlardan qismən istifadəyə yol verilir. Mənəvi, etik normaları pozan, zorakılığı və insan psixologiyasına mənfi təsir edən digər səhnələri əks etdirən video materiallar və müsahibə qəbul edilmir. Hər müəllif maksimum üç video material təqdim edə bilər. Foto və video materiallar 2019-cu il martın 3-dək təqdim edilməlidir. Birinci yerin sahibi noutbuk, ikinci yeri tutan planşet, üçüncü yerə layiq görülən isə mobil telefonla mükafatlandırılacaq.




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info