Müasirlik və realizm
Tarix: 06.02.2019 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Ədəbiyyat və incəsənət tarixində disskusiyalar istər-istəməz davam edir, bu da yəqin ki, təbii haldır, yəni həyat bu cür inkişaf edir və ya hərəkət edir fəlsəfi mənada gerçək... Lakin neo-cərəyanların təsirinə düşüb, klassisizmi qəti inkar etmək də düzgün deyil.
Axı, biz bir həqiqəti vacib şəkildə dərk etməyə çalışmalıyıq ki, bu mübarizələr “Köklü” şəkildə bu gün mövcuddursa, dünən də mövcud olmuşdur. Bu və ya başqa bir tərzdə. Məhz buna görə də biz məsələləri azacıq da olsa, saf-çürük edib, özümüz-özümüzə rəy verməyi bacarmalıyıq. Bu cür düşünə-düşünə nəhayət gəldik mətləbə. Mətləb ondan ibarətdir ki, biz keçən əsrin teatr tənqidçilərindən, sənətşünaslıq doktoru, professor Cəfər Cəfərovun bəzi mülahizələrinə, dəyərli elmi-ədəbi qeydlərinə bu gün də diqqətlə nəzər salmalı, özümüz üçün müəyyən mətləblər hasil etməliyik. C. Cəfərov həm teatr, həm də ədəbiyyatın, bir sözlə incəsənətin bütün sahələrinə dair ən dəyərli fikirlər irəli sürürdü, dolğun mülahizələrlə çıxış edirdi. Bu mənada ədibin keçdiyi sənət və yaradıcılıq yolu sözün əsl mənasında bir məktəbdir.
Bu günəcən oxuduğum kitabların içərisində professor C. Cəfərovun “Seçilmiş əsərlər” (II -hissə) kitabı da durur. Bu kitabda olduqca maraqlı ədəbi-elmi məqalələr dərc olunmuşdur. Məqalələrdə Azərbaycan teatr sənətinin istedadlı nümayəndələri- teatrımızı doğrudan da əsl “sənət məktəbi”nə çevirən C. Zeynalov, İ. Hidayətzadə, H. Rzayeva və b. haqqında maraqlı məqalələr işıq üzü görmüşdü. Cəfər müəllim, hər bir sənətkar barəsində söz açarkən, üzdən, səthi deyil, ətraflı şəkildə söz açır, sanki onların bütün sənət həyatını mükamiləli şəkildə, oynadığı obrazların əhatəsində rəssam qələmiylə təsvir edir. Bu sənətkarların həm müsbət, həm də mənfi cəhətlərini, bir sözlə xarakterik sənət aləminin ustalıqla yazılya köçürür, məqalələrində əks etdirir. Oxuduğum yazıların içərisindəki Azərbaycan teatr sənətinin ilk nümayəndəsi, əsas yaradıcı sənətkarı sayılan C. Zeynalov haqqında məqalə daha çox diqqətimi cəlb etdi. C. Cəfərov həmin məqalədə sənətkar şəxsiyyətinin teatr üçün ən zəruri, vacib olan məsələsində söz açır və yazır: “Zeynalov komik idi,lakin sənətdə yüngüllük və əyləndiricilik düşməni idi, teatrı yüksək fikirlər və hisslər təbliğ edən bir tərbiyə ocağı hesab edirdi.
Teatrı məktəb, aktyoru isə müəllim hesab edən Cahangir Zeynalovun teatr barədə ən dərin düşüncələrini Cəfər Cəfərov belə izah edir: “Öz aktyorluq vəzifəsinə qeyri-ciddi yanaşanları o həmişə danlar, ağır sözlərlə utandırardı. O həmişə, aktyor olmağın, yəni həyat müəllimi olmağın böyük xoşbəxtlik olduğunu söylər və aktyorun tərəfini yüksək tutmağa çağırardı. El içində özünü yüngül aparan, təlxəklik edən aktyorları sevməzdi, çünki, onun fikrincə, tamaşaçı həyatda yüngülxasiyyət və nağaraçı kimi tanıdığı bir aktyora, səhnədə öz rolunu ifa edərkən ürəkdən inana bilməz”.
C. Cəfərovun İ. Hidayətzadə və H. Rzayeva sənəti barədə yazdığı məqalələrdə də olduqca orijinal elmi qeydlər, ədəbi mülahizələr vardır. İ Hidayətzadə sənətinin doğurdan da elə məziyyətləri var ki, bu günkü mərhələdə artıq həmin fikirlər az qala dəbdən düşmüş, köhnəlik kimi də görünə bilər, lakin həqiqət və reallığın bariz əksidir! Bu sənətkarın C. Cabbarlının “Sevil” pyesinin tamaşasında oynadığı Əbdüləli bəy obrazı necə də bu günümüz üçün müasir, aktualdır. Əbdüləli bəy nə şərqlidir, həm də İslam ənənlərinə və ya da Qərb aləminə tam uyğun gəlmir. Bəs elə tarixi və müasir “faciələrimiz”in kökündə də məhz Əbdüləli bəylər dururmu ?!. Cəfər müəllimin yazdığına görə İ. Hidayətzadə bu obrazın real prototiplərini həyatda görmüş, onunla tanış olmuş, bu obrazın bütün əlamətdar cəhətlərini onun simasında müşahidə etmişdir. Məhz buna görə də, Əbdüləli bəy olduqca real, həyati, İ. Hidayətzadənin ən yaddaqalan səhnə obrazlarından biri kimi Azərbaycan teatr tarixində qalmışdır.
Elsevər Məsim




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info