Sərhəd pozucuları saxlanılıb
Tarix: 07.02.2019 | Saat: 12:17:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, son günlər Xidmətin əməkdaşlarının sayıqlığı və peşəkarlığı dövlət sərhədini pozmağa cəhd göstərən Şri-Lanka (2), Özbəkistan (1), Azərbaycan (1), həmçinin dövlət sərhədinin pozulması ilə əlaqədar cinayətlərin iştirakçısı olan Şri-Lanka (1) və Azərbaycan (3) vətəndaşlarının saxlanılmasını təmin edib.
Yanvarın 15-də Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-London” reysi ilə uçmağa hazırlaşan Şri-Lanka vətəndaşları 1972-ci il təvəllüdlü Subramaniyam Rasenthiram və 1999-cu il təvəllüdlü Siththirasekaram Panusam sənədlərin rəsmiləşdirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizalarının saxta olması ilə əlaqədar saxlanılıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı, 1982-ci il təvəllüdlü Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətəndaşları, 1986-cı il təvəllüdlü Mövlayev İlqar Dilqəm oğlu, 1983-cü il təvəllüdlü Ağalarov Ramazan Mirtalıb oğlu və 1993-cü il təvəllüdlü Piriyev Şahin Əhmədağa oğlu saxlanılıblar.
Yanvarın 18-də Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Alıoğlu Orxan Famil oğlu DSX Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qəsəbəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən sərhəd pozucusu qismində yaxalanıb.
Yanvarın 20-də isə həmin ərazidən və eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd edən Özbəkistan vətəndaşı, 1951-ci il təvəllüdlü Nurmaxammadov Ramazon Nurmahammad oğlu sərhəd pozucusu qismində saxlanılıb. Hər iki şəxsin üzərində Rusiya Federasiyasından deportasiya olunması barədə arayışlar aşkarlanıb.
Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı
24.06.2019
DİN-də əməliyyat müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info