Millət vəkili: “Gənclər ailə qurmamışdan öncə təhsil haqqında düşünsünlər”
Tarix: 07.02.2019 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


“Bu gün bir çox ailələr oğluna qız axtaranda onun az savadlı olmasını, evdən çıxmamasını istəyir. Amma bu, problemlər yaradır”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Gənclər və ailə: ənənə və müasir baxış” adlı tədbirdə deyib.
A.Naxçıvanlı qeyd edib ki, hər bir ailə öz övladına yaxşı təhsil verməlidir: “Düzdür, bu gün bəziləri qıza elçi gələndə söz verirlər ki, onun işləməyinə icazə verəcəklər, amma dediklərinə əməl etmirlər. Bu, insani keyfiyyətlər kimi səciyyələndirilmir. Adətən ögey ata olan ailələrdə qızları başdan etmək üçün tez ərə verirlər".
Millət vəkili bildirib ki, qeyri-rəsmi nikahlar cəmiyyəti narahat edir: "Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər. İnanmıram ki, təhsilli ailədə gənc hər hansı təsir altına düşsün və ailə probleminə barmaqarası baxsın. Bizim gənclər əziyyətə dözmək istəmirlər. Əvvəllər yeni ailələr qurulanda hər kəs onlara kömək edirdi. İndi gənclərin sosial-mənzil problemlərinin həlli istiqamətindən tədbirlər görülür. Gənclərə tövsiyəm odur ki, ailə qurmamışdan öncə təhsil haqqında düşünsünlər. O zaman seçimləri də gözəl olacaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25.06.2019
Türkiyənin ölkəmizdə yeni təyin olunmuş hərbi attaşesi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info