Bənövşə
Tarix: 19.07.2013 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


|

Bənövşə

Kiminin pul olub cibinə doldu,
Kiminin var-yoxun bir anda aldı.
Yenə Süleymani nəslinə qaldı,
Demə ki, bu dünya boşdu, Bənövşə!

Burulğana düşüb, sellərdə üzür,
Nə döyüşdən, qaçır nə də ki bezir.
Bir belə ki, çətin sınağa dözür,
Sanıram ürəyin daşdı, Bənövşə!

Bil, ilham alsan da çiçəkdən, güldən,
Naqafil dolu tək tökürsən hərdən.
Bizi də agah et özün bu sirdən,
De, səni kövrəldən yaşdı, Bənövşə?!.

Dua et, o, dünya durduqca dursun,
Süleyman mülkünün sahibi olsun!
Oğul-qız gülüşü evinə dolsun,
Çağırsın, desin ki, başdı Bənövşə!

Gəl yönünü çevir uca göylərə,
İndi yaşadığın bu günə görə,
Şükür et Rəbbinə gündə min kərə!
Bildir ki, bu halın xoşdu, Bənövşə





Aparam səni

İstədim dostluqdan çıxaram səni,
Titrədi əllərim, əsdi əllərim.
Kino lenti kimi keçdi gözümdən,
O sənli günlərim, sənli illərim!

Görəndə dostların dönükdür üzü,
Başıma qar yağır, buz tutur özü.
Çoxdandır, baxanda görünür, düzü,
Şaxtalı tellərim, qarlı tellərim!

Ürəyim üzüldü, çıxdı getdi can,
Bu qədər sınağa dözərmi insan?!.
Başımda o qədər fırlandı duman,
Gözümdən süzüldü çənli günlərim!

Çalışdım, könlümdən qoparam səni,
Yığıb gözlərimə aparam səni.
Gözümdən güllərə səpərəm səni,
Evimdə boy atsın sənli güllərim!

Səbr elə, Bənövşə, vaxtsız görünmə,
Vəfasızın çox ardınca sürünmə.
Gərəksizlər üçün qəmə bürünmə,
Göstər hamıya ki, şəndir günlərim!..



Axtar məni

Dəyərli olsam da, dəyər vermədin,
Küsüb getdim, heç arxamca gəlmədin.
Çalışdım, könlümdən silə bilmədim,
Peşman olsan, axtar məni,
Gözləyəcəm mən səni!

Başına hərlənən bilirəm çoxdur,
Mən tək təmənnasız sevənin yoxdur.
Bir gün darıxassan, inamım çoxdur,
Darıxanda axtar məni,
Gözləyəcəm mən səni!

Ürəyini tək-tənhalıq sıxanda,
Dilsiz gecə həmsöhbətin çıxanda,
Həsrət seli gözlərindən axanda,
Sirdaş ollam, axtar məni,
Gözləyəcəm mən səni!

Doğmaların əhvalını sormasa,
Ciblərində çörək pulun olmasa,
Yaşamağa heç gümanın qalmasa,
Dayaq durram, axtar məni,
Gözləyəcəm mən səni!

Bəxt atından bir gün düşəndə yerə,
Səbrin dözməyib qalxanda zilə,
Götür telefonu bircə zəng elə,
Simurq ollam, axtar məni,
Gözləyəcəm mən səni!

Axşam olub, əl-ayaq yığışanda,
Sevənlər bir-birinə qovuşanda.
Dil susub, ürəklər danışanda,
İlğım ollam, axtar məni,
Gözləyəcəm mən səni!

Yaz yağışı selə dönüb axırsa,
Həzin neydə yandırırsa, yaxırsa,
Biri sənə gizlin-gizlin baxırsa,
O da mənəm.
Axtar məni, gözləyirəm mən səni!..





 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info