Paşinyanın əməkhaqqı və pensiyaların kəskin artımı barədə xalqa verdiyi vədlər reallaşmadı
Tarix: 07.02.2019 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


“Ermənistanın yeni hökumətinin beşillik proqramı qeyri-müəyyən söz yığınından ibarətdir”

Ermənistan hökuməti vaxtilə sovetlər dövründə olduğu kimi, beşillik proqram hazırlayıb. Proqram bu gün (fevralın 8-də) ölkə parlamentinə təqdim ediləcək. Ermənilərin «1in.am» saytı düzəlişlərə ehtiyacı olan bu proqram layihəni əhəmiyyətli bir strateji sənəd kimi dəyərləndirir. Saytın yazdığına görə, beşillik hökumət proqramı Ermənistandakı «məxməri inqilabın» bəyannamə və məqsədlərini, gözlənti və ümidlərini əhəmiyyətli dərəcədə özündə əks etdirir. Maraqlıdır ki, sayt «məxməri inqilab»dan da əvvəl ölkədə qəbul olunmuş proqramların ruhlandırıcı, ümidverici xarakter daşıdığını desə də sonda bu proqramların heç bir effekt vermədiyini etiraf etməli olub: «…Ermənistan heç vaxt yaxşı və dəyərli proqramların real hədəfi olmamışdı. Təbii ki, bu proqramlardan, daha çox, sabiq hakimiyyət nümayəndələri şəxsi faydalanma üçün istifadə edirdilər. Nəticədə isə onların biznesləri son olaraq korrupsiya ilə birləşdi. Amma indi isə zaman dəyişib. Demək olar ki, bu gün ölkədə artıq sistemli korrupsiyaya əsaslanan biznes və dövlət orqanı, idarəetmə sistemi yoxdur (?-A.B.)».
Qeyd edək ki, bütün bunları siyasi iradənin sabit və güclü bir təməlinin olması kimi dəyərləndirən sayt məntiqli bir sualla da çıxış edir: «Görəsən, iradənin həyata keçirilməsi üçün ölkədə peşəkar potensial varmı?». Maraqlıdır ki, sayt verdiyi sualı müsbət cavablandırmağa tərəddüd edərək, bir müddət əvvəl Paşinyanın bu məsələ ilə bağlı yaranmış problemi açıq şəkildə etiraf etdiyini yada salır. Sayt yazır: «Təbii ki, «məxməri inqilab»dan sonra müəyyən bir siyasi boşluğun qaçılmaz olduğu aydındır. Lakin unudulmamalıdır ki, beşillik proqramın effektiv və dinamik şəkildə həyata keçirilməsi üçün kadr siyasəti sahəsində yeni qərarlar tələb olunacaq. Əlbəttə ki, əks halda, Paşinyan başda olmaqla, düşüncə və strateji baxışları dar bir çərçivə daxilində olan yeni hökumət rəsmiləri beşillik kimi təqdim edilən bu proqramı çiyinlərində saxlaya bilməyəcəklər».

“Paşinyana sual vermək istəyirəm: hanı sizin vaxtilə xalqa «böyük inamla» sırıdığınız iqtisadi tərəqqi, investisiya bumu? Hanı sizin qısa müddətdə ölkədə yoxsulluğun kəskin azaldılmasını həyata keçirəcək «sehirli çubuğunuz»? Hanı yeni iş yerləriniz?”

Yeri gəlmişkən, Paşiynan hökumətinin beşillik proqramı ilə tanış olan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov öz mövqeyini təqdim edib. Şarmazanova görə, yeni hökumət tərəfindən ölkə parlamentinə təqdim ediləcək layihə proqram deyil, bu, hətta tost da deyil, sadəcə, Paşinyanın yalanlarını göstərən bir sənəddir: «…Mən hökumətin yeni proqram layihəsi ilə «böyük ruhla» tanış oldum. Bu, irəliləyişə doğru heç bir konkret addım atılacağı görünməyən kədərli, qeyri-müəyyən bir söz yığınıdır. Paşinyana sual vermək istəyirəm: hanı sizin vaxtilə xalqa «böyük inamla» sırıdığınız iqtisadi tərəqqi, investisiya bumu? Hanı sizin qısa müddətdə ölkədə yoxsulluğun kəskin azaldılmasını həyata keçirəcək «sehirli çubuğunuz»? Hanı yeni iş yerləriniz? Əməkhaqqı və pensiyaların kəskin artımı barədə xalqa verdiyiniz vədlər niyə indiyədək reallaşmayıb? Axı siz erməni xalqına böyük vədlər vermişdiniz. Bəli, vermişdiniz, amma həyata keçirmək iqtidarında deyilsiniz. Burada nəticə eynidir. Sizin son layihə proqramınız da xalqa vermək istədiyiniz yalanlar yığnağından başqa bir şey deyil».
Qeyd edək ki, özünün şəxsi «Facebook» səhifəsində bu fikirlərə yer ayıran Şarmazanov yaxın vaxtlarda bütün bunlarla bağlı geniş açıqlama verəcəyini də istisna etməyib.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Xalqımızın əxlaqi və mənəvi dəyərlərinə zidd olan mühacirlər...
11.07.2019
Paşinyanın reytinqi 53 faizə enib
09.07.2019
Əli Kərimli xaricdən göstəriş aldığını etiraf etdi...
03.07.2019
Erməni ekspert: “Ermənistan iqtisadiyyatı dəhşətli vəziyyətdədir”
02.07.2019
Paşinyan hökuməti əhalinin gözləntilərini doğrulda bilmədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info