Milli Qəhrəman Mübariz İbrahimovun anım tədbirləri keçirilib
Tarix: 07.02.2019 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə hərbi hissələrdə və xüsusi təyinatlı tədris müəssisələrində anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçular Mübariz İbrahimovun II Fəxri Xiyabandakı məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
Tədbirlərdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonrakı gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.
Tədbir çərçivəsində məktəblilər Milli Qəhrəmanın xidmət etdiyi hərbi hissədə olub, Müdafiə Nazirliyinin hərbi qulluqçuları isə Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Şəkidə və Mingəçevirdə “Fəlakət“ komediyasının təqdimatı keçirilib
18.02.2019
Təhsil müəssisələrində Nəsimiyə həsr olunan ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək
18.02.2019
Milli Dram Teatrının kollektivi Masallıda qastrol səfərində
18.02.2019
Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü görüb
18.02.2019
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info