“Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
Tarix: 08.02.2019 | Saat: 12:12:00 | E-mail | Çapa göndər


Binəqədi rayon İcra Hakmiyyəti, Loqos Psixoloji və Nitq İnkişaf Mərəzi və Psixoloji Xidmət və Tədqiqatlar İB-nin təşkilatçılığı ilə 283 saylı tam orta məktəbdə “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib.
Keçirilən tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri , psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, 283, 3 saylı məktəblərin və 83 saylı məktəb liseyin müəllim, valideyn heyəti iştirak ediblər.
Tədbiri açıq elan edən 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova belə bir mövzuda tədbirin məhz rəhbərlik etdiyi məktəbdə keçirilməsini təqdirəlayiq hesab edib və təşkilatçılara təşəkkürünü bildirib.
Sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova tədbiri təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və natiq ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışlarının mənalarının lakonik və məzmunlu formada ifadə olunduğunu diqqətə çatdırıb. Natiq qeyd edib ki, psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir.
Daha sonra tədbirin moderatoru “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva tədbirin proqramı haqqında geniş məlumat verib.
Məruzə ilə çıxış edənlər psixoterapevt-psixoanalitik Elmir Əkbər, uşaq psixoloqu Aygül Məlikova və psixoloq Sara Sadıqlı müxtəlif psixoloji mövzular haqqında geniş məlumat veriblər və auditoriyanın suallarını cavablandırıblar.
Sonda çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Natiq bildirib ki, mütəmadi olaraq rayonda belə mövzuda tədbirlərin təşkil edilməsi adət halını alıbdır. Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir. Dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlərin görüldüyünü bildirib.
Tədbirdən sonra psixoloji müayinə üçün sualları olanlarla söhbət aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info