600 bal toplayan tələbə qız virusdan ölüb: Səhiyyə Nazirliyi iddialara münasibət bildirdi
Tarix: 08.02.2019 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


Bakıda birinci kurs tələbəsi olan qız dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, qızın anası İlhamə İgidova baku.ws-ə bildirib ki, övladı virusa yoluxubmuş. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib.

Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına, daha sonra "Bakı Medical Plaza"ya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş: "Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır".
İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib: "Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus, əsasən, heyvanlardan insana keçir".
Dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Xəstələndən sonra bir müddət müalicə alıb və imtahanlarını verib. Yanvarın 25-də isə vəziyyəti daha da pisləşib və xəstəxanaya aparılıb.

***

Səhiyyə Nazirliyi Bakıda Nərdanə Şirvan qızı Tağızadənin nadir rast gəlinən infeksiyadan ölməsi barədə söylənilən iddialara münasibət bildirib. Nazirlikdən verilən məlumata görə, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb: "Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb".
Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı
19.10.2019
Gələn ildən məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info