YUNESKO və Azərbaycan
Tarix: 08.02.2019 | Saat: 12:37:00 | E-mail | Çapa göndər


YUNESKO dünyanın elm, təhsil, mədəniyyət və informasiya, o cümlədən, kommunikasiya sahəsindəki əməkdaşlığının ən böyük forumudur. YUNESKO BMT-nin ixtisaslaşmış təşkilatı hesab olunur. Təşkilatın nizamnaməsi 1945-ci ildə noyabr ayının 16-da Londonda imzalanıb. YUNESKO özü isə 1946-cı ildən rəsmi fəaliyyətə başlayıb. Müasir dövrdə YUNESKO 10 assosiativ üzv və 195 ölkədən ibarətdir. YUNESKO ATƏT, ISESKO, TÜRKSOY və digər aparıcı dövlətlərarası təşkilatlarla geniş əlaqə saxlayır. Bununla yanaşı, YUNESKO beynəlxalq və qeyri -hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir. YUNESKO üç əsas işçi orqandan ibarətdir:Baş Konfrans ,İcraiyyə Şurası və Katiblik .
Azərbaycanla YUNESKO arasında əməkdaşlıq əlaqələri Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə daha da genişləndirilmiş və inkişaf etdirilmişdir .
Heydər Əliyevin "Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il fərmanına əsasən, dastanın 1300 illik yubileyi üzrə dövlət komissiyası yaradıldı. Həmçinin dastanını yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında da sərəncam imzalandı. Dastanın yubileyi YUNESKO səviyyəsində keçirildi.
Prezident İlham Əliyevin hakimiyyəti illərində də YUNESKO ilə mədəni tərəfdaşlıq əlaqələri inkişaf etdirilmişdir. Bu əlaqələrin inkişafından danışarkən, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adını xüsusi qeyd etmək lazımdır .
Azərbaycana məxsus olan qiymətli irslərin YUNESKO-nun nadir şah əsərləri sırasına daxil edilməsində Mehriban xanımın rolu böyükdür. Bu kimi aktiv fəaliyyətinə görə Mehriban xanım Əliyevaya YUNESKO -nun xoşməramlı səfiri adı verilib.
Ümumiyyətlə, mədəni irsin qorunması Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Elə bunun nəticəsidir ki, muğam ,aşıq musiqisi ,tar ifaçılığı ,Novruz bayramı YUNESKO -nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bununla yanaşı, Qız qalası, İçərişəhər,Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESKO -nun siyahısına daxil edilib .
Onu da qeyd edək ki, Azərbaycanın bir neçə mədəni irsini Ermənistan öz adına çıxmağa çalışır. Belə ki, Ermənistan 2014 və 2017 -ci illərdə lavaş və “Köçəri” rəqsini ermənilərin tarixi iris kimi təqdim etməyə çalışdı.Lakin lavaş 2016-cı ildə, ”Köçəri” rəqsi isə 2018-ci ildə Azərbaycanın qeyri -maddi irsi kimi YUNESKO siyahısına daxil edilmişdir .
Daha sonra isə Ermənistan dolma və kamançanı öz mədəni irsi siyahısına daxil etməyə çalışmış, lakin 2017 -ci ildə dolma və kamança Azərbaycanın qeyri -maddi mədəni irsi siyahısına daxil edilmişdir .
Beləliklə, bu gün respublikamız dünya sivilizasiyasına öz töfhəsini verməkdə davam edir. Azərbaycan mədəniyyətlərarası dialoqla, həm mədəniyyətləri zənginləşdirir, həm də onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə, həm Şərq, həm də Qərb dünyasına sıx bağlıdır. Azərbaycanın müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə də YUNESKO ilə sıx əməkdaşlığı ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır .

Zülfiyyə Hüseynova
ADPU-nun Tarix-coğrafiya fakültəsinin tələbəsi




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Bu qüvvələrin məqsədi Azərbaycanın imicinə xələl gətirməkdir
22.08.2019
“Allahşükür Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır”
22.08.2019
Əliməmməd Nuriyev: “Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal və qətiyyətli şəkildə bu avantürist təşəbbüsün qarşısını almalıdır”
22.08.2019
“Din və etiqad azadlığının qorunması üçün tədbirlər görülməlidir”
21.08.2019
“Xalqımıza qarşı xarici təbliğata və təsirlərə qarşı vahid cəbhədə birləşmək vacibdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info