Ali Məhkəmə 100 nəfər könüllü qəbul edəcək
Tarix: 08.02.2019 | Saat: 14:26:00 | E-mail | Çapa göndər


Bu ilin fevralından Azərbaycan Respublikası Ali Məhkəməsində fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb.
Ali Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 100 könüllünün qəbulunun nəzərdə tutulduğu “Könüllülər proqramı”na qoşulan gənclər fəaliyyət göstərdikləri müddətdə yeni bilik və bacarıqlar qazanacaq, dünyagörüşlərini daha da artıracaq, hüquq sahəsində öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər.
Əsasən hüquq fakültələrində oxuyan və hüquq sahəsində işləyən könüllülərin Ali Məhkəmədə fərdi inkişafına hesablanmış müxtəlif treninq və seminarlar keçiriləcək. Onlar Ali Məhkəmənin ayrı-ayrı şöbələrində təcrübə keçəcək, hakimlərin iş təcrübəsini öyrənəcək, eyni zamanda, “Elektron məhkəmə” sistemi ilə yaxından tanış olacaqlar.
Könüllü olmaq istəyən gənclərin həvəsi və onlarda çalışdığı qurumu layiqincə təmsil etmək arzusu olmalıdır. Belə gənclərin xarici dil bilməsi arzu edilir. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar müzakirə olunur və könüllü gənclər həmin seminarda iştirak edəcəklər.
Könüllülərlə birgə işbirliyi Ali Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin, eləcə də təqdim edilən dövlət xidmətlərinin tərkib hissəsidir.
Proqrama qoşulmaq istəyənlər contact@suremecourtgov.az elektron ünvanına məktub yaza və ya Ali Məhkəmənin internet səhifəsində (supremecourt.gov.az) “onlayn müraciət” keçidinə daxil olaraq müraciət edə və qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün 012 489-52-30, 489-07-07 (81 07) nömrələrinə zəng etmək zəng etmək lazımdır.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı
19.10.2019
Gələn ildən məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info