Səni axtarıram...
Tarix: 19.07.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


|

Səni axtarıram...
Səni axtarıram-köhnə Bakının labirintə bənzər dar dalanlarında. Uşaq vaxtı gizlənpaç oynadığımız vaxtları xatırladan gizli dolanbac yollar sənin yerini mənə göstərmir nədənsə. Amma mən səni axtarıram, bu dəfə dar dalanlardan ümidimi üzüb, yeni Bakının geniş yollarına üz tutub. Bəlkə qəfil getdiyin kimi, eləcə də qəfil qarşıma çıxarsan deyə.
Səni axtarıram-ulduzlu səmalarda, gözümü belə, qırpmadan birdən nəyisə qaçırdaram deyə ulduzların arasında. Gedişinlə dünyamı qaranlığa qərq etdiyin kimi, bəlkə yenidən parıldayıb işıq saçarsan, dünyamı işıqlandırarsan deyə.
Səni axtarıram-anası ilə yol gedən məsum, qayğısız bir körpənin şıltaqlığında, dünyanın hər əziyyətindən bixəbər sevinclə gülümsəyən bir uşağın təbəssümündə. Sənin də gülüşün, təbəssümün bu qədər məsum və saf idi deyə.
Səni axtarıram-soyuq, küləkli, yağışlı bir payız günündə özünü şanslı sayıb, hələ də aid olduğu budaqdan bərk-bərk tutub qalan son yarpağıın zərif titrəyişində.
Səni axtarıram-sərt qışın soyuğuna davam gətirə bilməyən, sözün əsl mənasında, məhv olmaqdan qorxub isti ölkələrə köç edən durna qatarlarında, bəlkə bir gün durna qatarları ilə geri dönəcəksən deyə.
Səni axtarıram-dar dalanlarda, geniş küçələrdə, ulduzlu səmalarda...
Səni axtarıram-itmiş ümidlərdə...
Səni axtarıram-sönmüş arzularda...
Səni axtarıram-həzin nəğmələrdə...
Dar dalanlarda, qaranlıq gecələrdə, bir uşaq təbəssümündə, bir durna qatarında, son payız yarpağında tapa bilməsəm səni, bir həzin nəğmədə tapacağam mən səni...




 
Müəllifin son yazıları

20.08.2013 Sənin göz yaşların...
10.07.2013 Sonrakı peşmançılıq...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info