Mərdəkan-Qala avtomobil yolunun tikintisi yekunlaşıb
Tarix: 08.02.2019 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yol ikinci texniki dərəcəyə uyğun bərpa olunub. Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 millimetr diametrində və 190 poqonmetr uzunluğunda ehtiyat borular atılıb. İri və xırda dənəli olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kvadratmetr sahəni əhatə edib. “Zəruri yerlərdə 2650 poqonmetr uzunluğunda səkilərin inşası və kənarlarına səki daşlarının düzülməsi, yolun 630 metrlik məsafəsində 4 hərəkət zolağı olduğu üçün ayrıcı zolağın tikintisi və üzərinə 810 kvadratmetr sahədə tamet daşların döşənməsi işləri də aparılıb”, - deyə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib. Yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə əsasən yolboyu 154 ədəd işıq dirəyi quraşdırılıb, 1200 kvadratmetr sahədə yolayırıcı və yol birləşmələri təmir edilib. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, 15 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info