“KOB könüllüsü” işlə təmin edilib
Tarix: 08.02.2019 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Masallı “KOB Dostu” ilə birgə fəaliyyət göstərən “KOB könüllüsü” Tamerlan Teymurov agentlikdə könüllülük fəaliyyətini başa vuraraq Masallı Sənaye Məhəlləsində işlə təmin olunub. KOBİA-dan bildirilib ki, Azərbaycanda geniş vüsət almış könüllülük təşəbbüsünə qoşularaq gənclərə dəstək olmaq, peşəkar əmək fəaliyyətinə başlayana qədər gənclərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, dünyagörüşünün və praktik bacarıqlarının artırılması üçün agentlikdə “KOB könüllüləri” fəaliyyət proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. İndiyədək 20-dən çox gənc agentlikdə könüllü olaraq fəaliyyətə cəlb olunub. 3 ay davam edən təcrübə proqramının sonunda könüllülərə sertifikat təqdim edilir. Gələcəkdə KOBİA-da könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

Anar




 
Bölməyə aid digər xəbərlər
30.10.2020
Daha 4 rayonda 22 ev şəhid ailələri və müharibə əlillərinə verilib
30.10.2020
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
27.10.2020
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
27.10.2020
Nikaha daxil olmaq istəyənlərin diqqətinə - Qayda dəyişir
26.10.2020
Həkim: “Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11804

1 Burunda olan tükləri kəsmək olmaz...
2 Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
3 Şimpanzelər və yaşlı insanlar özlərinə dostu eyni yolla seçirlər
4 Минская группа ОБСЕ должна прекратить помогать Армении в оккупации земли Азербайджана
5 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info