Qida Təhlükəsizliyi İnstitutunda quş qripi xəstəliyi üzrə simulyasiya çalışması keçirilib
Tarix: 08.02.2019 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Fevralın 8-də Qida Təhlükəsizliyi Agentliyinin və Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda təsərrüfat quşları arasında quş qripi xəstəliyi üzrə milli inteqrə edilmiş sahə simulyasiya çalışması" aparılıb. Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən “Palitra”ya verilən məlumata görə, məqsəd xəstəliyin erkən aşkarlanması və müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsinə əminlik, quşlarda yüksək patogenli quş qripi xəstəliyinə şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması, personalın bu sahədə bilik və bacarıqlarının artırılmasıdır. Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, Qida Təhlükəsizliyi İnstitutunun idarə heyətinin sədri Sadiq Məmmədov və sədr müavini Tamilla Əliyeva Respublika Böhran Mərkəzinin nümayəndələri kimi çalışmanı müşahidə ediblər.
Simulyasiya çalışması zamanı ehtimal olunan ocaqdan xəstəlik törədicisinin ətrafa yayılmasının qarşısını almağa yönəlmiş tədbirlər görülüb.
Heyət işə başlamazdan qabaq təlimatlandırılıb, fərdi mühafizə vasitələri ilə təmin edilib, lazımi alət və vasitələr götürülərək təyinatı üzrə zonalara daxil olunub.
Şərti olaraq qeyri-sağlam təsərrüfatın girişində dezbariyerlər və yoxlama postları yaradılıb. Yoxlama postlarına daxil olan və çıxan nəqliyyat vasitələri dezinfeksiya edilib, əraziyə girən və çıxan şəxslər haqqında məlumatlar (ad, soyad, telefon, gedəcəyi ünvan və s.) soruşularaq xüsusi cədvəldə qeyd olunub.
Yerli Böhran Mərkəzinin nümayəndələri xəstəlik törədicisinin mümkün yoluxma yollarını aydınlaşdırmaq məqsədilə diqqətlə epizotoloji təhlil aparıb, ehtimal olunan ocağın sərhədlərini, qeyri-sağlam məntəqəni və təhlükəli zonanı müəyyən ediblər.
Epidemioloji araşdırmanın nəticəsinə əsaslanaraq, potensial əlaqəli müəssisələrə rəsmi nəzarətin təşkil edilməsinə dair göstəriş verilib və əlaqəli təsərrüfatlarda yüksək patogenli quş qripinin mövcudluğunu müəyyən etmək məqsədilə lazımi araşdırmalar aparılıb. Yüksək patogenli quş qripi xəstəliyinin müəssisədə mövcudluğunun müəyyən edilməsi işlərindən dərhal sonra, həmin müəssisənin ətrafında mühafizə və müşahidə ərazisi müəyyənləşdirilib. Yaradılmış Mobil Əməliyyat Dəstəsinin 2-3 nəfərdən ibarət qrupu yoluxma zonasında işləyib, toplama, məhvetmə və dezinfeksiya işləri həyata keçirib. Qrup yoluxma zonasına daxil olub patoloji material (ölmüş quş, yaxma və s.) götürüb. Nümunə götürüldükdən sonra ölmüş quşlar məhv edilib.
Yaradılmış digər qruplar isə yoluxma zonasında da müşahidə və yoxlama aparıb, mövcud olan, xəstəliyə yoluxmuş və məhv olmuş quşlar, habelə yoluxma riskinə məruz qalan insanlar haqqında məlumat toplayıblar. Qrup üzvləri quş sahibləri ilə söhbətlər aparıb və bütün zəruri məlumatları əldə ediblər. Xəstəliyin diaqnostikası Mobil Əməliyyat Dəstəsinin laboratoriyasına aparılıb. Laboratoriyada PZR üsulu ilə analiz üçün şərait yaradılıb. Simulyasiya şərti yoluxma ərazisində aparıldığı üçün zonalar müxtəlif rəngli lentlərlə, obyektlərin adları isə posterlərlə işarələnib. Analizlərin sonunda Yerli Böhran Mərkəzi və Respublika Böhran Mərkəzi məlumatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info