KİV sahəsində aparılan islahatlar medianın inkişafına xidmət edir
Tarix: 08.02.2019 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan əksər sahələrdə atdığı addımlarla regionda öz liderliyini qoruyub saxlayır. Həmçinin media sahəsində də Azərbaycan dövləti bir sıra ilklərə imza ataraq tarixə düşüb. Lakin Azərbaycanda media sahəsində görülən işlərə qara don geyindirənlər də az deyil. KİV sahəsində aparılan islahatlar bütün hallarda medianın inkişafına xidmət edir. Bu gün bunun perspektivini görməyənlər öz dar düşüncələri ilə yersiz və əsassız ittihamlar irəli sürürlər. Faktiki olaraq, media sahəsində həyata keçirilən layihələr inkişafı göz önünə gətirib. Etiraf edək ki, Azərbaycan KİV-ə göstərdiyi diqqət və qayğıya görə bir çox ölkələrdən öndə dayanıb. Digər tərəfdən də Azərbaycan mətbuatı özünün milli dəyərlərini saxlayaraq, yeni dövrün çağırışlarını daha tez əxz etdi. Bununla da ölkə mediası qlobal informasiya məkanına gözləniləndən daha tez inteqrasiya etdi.
Medianının inkişafı üçün Azərbaycan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Dövlət bu qurumun xətti ilə KİV-ə maliyyə yardımı ayırmaqla, bir növ, öz milli mətbuatını qoruyub saxlaya bildi. Dövlət , həm də KİV əməkdaşlarına maddi cəhətdən dəstək olub. Xüsusən də son illər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi fərdi jurnalist yazıları ilə bağlı müsabiqələr jurnalistlərin maliyyə imkanlarının artmasına əlavə imkanlar yaradıb.
Mediaya bu cür yardımlar edilməsi çox uğurlu dəstək mexanizmidir. Bütün bunlar isə eyni zamanda medianın azadlığının təmin olunmasına və jurnalistlərin peşəkar bacarıq və vərdişlərinin artırılmasına xidmət edir. Həmçinin siyasi görüşlərindən və mənsubiyyətindən asılı olmayaraq jurnalistlər üçün iki binanın tikilib istifadəyə verilməsi də məhz Azərbaycan jurnalistikasının, azad sözün ayaqda durmasına və mətbuat azadlığının inkişafına bariz şəkildə xidmət göstərmiş olur. Onu da əlavə edək ki, hazırda üçüncü bina da tikilməkdədir. Bu nəcib missiyanın davam etdirilməsi Azərbaycan mediasına və mətbuat azadlığına verilən yüksək qiymətdən xəbər verir. Bütün bunlar isə bir daha Azərbaycanda fikir və söz azadlığının yüksək səviyyədə təzahürü və davamlı olması barədə nikbin düşünməyə əsaslı zəmin yaradır.
Qeyd etdiyimiz kimi, bəzi hallarda KİV-lərdə ölkədəki söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə edilməsi hallarına rast gəlinir. Demokratiya insanlara, əsasən də peşə sahibi olaraq götürsək, jurnalistlərə azadlıq verir. Son zamanlar müşahidə olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna qarşı əsassız qara kampaniya aparılır. Maraqlıdır ki, bu qara əməlin başında duranlar elə Fondun KİV-ə ayırdığı maliyyə yardımlarından kifayət qədər bəhrələniblər. Hətta onların arasında elə jurnalistlər var ki, dövlətdən ev də alıblar. Belə bir yaxşılığa qarşı olaraq, neqativ düşüncədə olmaq, görülən işləri qaralamaq mənəvi saflıqdan xəbər vermir. Belələri jurnalist olaraq bir növ cəmiyyətə ayna olmaq əvəzinə, əksinə aynanı sındıranlardır...
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Elm Tarixi İnstitutu “Bakı Dövlət Universitetinin tarixi“ kitabının təqdimatını keçirib
17.10.2019
DİN və Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb
17.10.2019
Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir
17.10.2019
Xaçmazda “Volk Qədir” kimi tanınan narkotacir saxlanılıb
17.10.2019
Nazir : “Bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Kaliforniyada xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info