Müxalifətin “yalan maşını”
Tarix: 08.02.2019 | Saat: 20:16:00 | E-mail | Çapa göndər

Azərbaycan artıq bir çox ölkələrə nümunə olacaq güclü sosial dövlətə çevrilib. Ölkə iqtisadiyyatının ilbəil daha da güclənməsi, yürüdülən uğurlu xarici və daxili siyasət Azərbaycanı daha da güclü edir, bu mənada, ölkədə vətəndaşların dövlətə, ölkə rəhbərliyinə olan inamı və etimadı birə-beş artır. Ölkə başçısı da daim vətəndaşların yanında olduğunu, sosial problemlərin həlli üçün əlindən gələni etdiyini göstərir. Bununla bağlı həyata keçirilən yüzlərlə islahat, xüsusi dövlət proqramları və layihələri misal gətirmək olar. Prezident təkcə adi günlərdə deyil, təbii fəlakətlər, baş verən hər hansı bir ağır faciə hadisəsi, cəbhə bölgəsindəki toqquşmalar zamanı da sadə vətəndaşların yanında olur, bir daha xalq- iqtidar birliyinin səmimi tellərlə bağlı olduğunu göstərir. Bununla əlaqədar yüzlərlə misallar göstərmək olar. Amma Azərbaycanda elə qüvvələr var ki, onlar faktlara, misallara, tarixə baxmırlar, daim ağı qara görürlər, görülən işlərə isə ləkə yaxmaq üçün əllərindən gələni edirlər. Xalq arasında bu adamlara “radikal müxalifət” deyirlər. Son zamanlar xüsusi komanda ilə aktivləşən müxalifət, “mühacirlər”, 5-ci kolonun fəalları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərləri bu inkişafı, xalq- iqtidar birliyini qəbul edə bilmirlər və yeri gəldi- gəlmədi sosial şəbəkələrdə şər, böhtan kampaniyaları aparırlar. Buna misal olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) uzun illərdir ki dəyişməz sədri qalan Əli Kərimlinin anormal fəaliyyətini göstərmək olar. O, sosial şəbəkələrdəki, xüsusən də “Facebook”dakı profilindən etdiyi paylaşımlarda gülməli və heç bir əsası olmayan iddialar irəli sürür, şər və böhtanlar dolu fikrilər səsləndirir. Əli Kərimlidə yaranan qısqanclıq hissi özünü o qədər büruzə verib ki, Prezidentin sadə vətəndaşlarla olan fotosunu paylaşaraq bunun üzərindən də qarayaxma kampaniyası aparmağa cəhd edib.
Belə ki, məlum olduğu kimi, bir neçə gün öncə Şamaxı və Ağsuda zəlzələ baş verdi. Zəlzələ isə bir qarşısıalınmaz təbii fəlakətdir, fəsadlara yol açan təbiət hadisəsidir və bundan heç bir ölkə, region sığortalanmayıb. Amma zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ addımlar atıldı ki, bunu da vətəndaşlar məmnunluqla qarşıladı. Hətta ölkə başçısı dərhal yaranan fəsadlarla yerində tanış olmaq üçün bölgəyə səfər etdi və bu bir daha göstərdi ki, Prezident İlham Əliyev daim vətəndaşların yanındadır. Amma onun bu addımı Əli Kərimli və bir sıra radikal müxalifət rəhbərlərində qıcıq oyatdı. Sosial bazası olmayan məlum siyasətbazlar daim xalqın içində olan və kütlənin rəğbətini qazanan Prezidentin bu və bundan öncə də atdığı oxşar addımlarını təbii ki, qəbul edə biməzdilər. Çünki özləri hakimiyyətdə olarkən Azərbaycanda elə fəlakətlər yaratdılar ki, təbii fəlakətlər onların yanında toya gediləsi idi... Bu mənada, xalq belə üzdəniraq siyasi şoumenləri hələ də qəbul etmir. Elə Əli Kərimli də bunu gözəl anlayır, amma buna rəğmən, öz yalan maşınını daim işə salaraq antitəbliğat aparır. AXCP rəhbəri son statusunda ölkə başçısının zəlzələ baş verən ərazidə sadə vətəndaşla olan fotosunu paylaşaraq yazıb-: “Hər yerdə paylaşdılar ki, baxın görün, Prezident İlham Əliyev necə sadə insanın qeydinə qalır”. Sonra Kərimli xalqın adından danışaraq yazır ki, guya xalq bu fotoda qeyri-səmimilik gördü. Ən gülməlisi isə budur ki, AXCP sədri iddia edir ki, guya ölkə başçısı onların təşkil etdiyi 19 yanvar mitinqinə qədər belə diqqətli deyilmiş...
Qısa bir xatırlatma edərək, özünü korluğa vuran Əli Kərimlinin yadına salmaq istərdik ki, Prezident Aprel döyüşlərindən dərhal sonra elə radikal müxalifət nümayəndələrinin də daim simpatiya bəslədiyi erməni ordusu tərəfindən dağıdılan evlərə baş çəkdi. Bir neçə il öncə Bakıda məlum bina yanğını hadisəsi zamanı və eləcə də dispanserdə baş verən faciə vaxtı da oxşar addımlar atılmışdı. Bu və digər hadisələr zamanı da ölkə başçısı xalqın yanında olub, dərhal sadə vətəndaşlarla görüşərək onların dərdini dinləyib.
Bir daha qeyd etmək istərdik ki, təbii fəlakətlər və ya digər ağır faciələr zamanı ölkə başçısı dərhal hadisə yerində olub və bu da təbii haldır. O ki qaldı bunu radikal müxalifətin qəbul etməməsinə, bu, onların hansı səviyyəyə enməsini göstərir. Onlar da gözəl anlayırlar və görürlər ki, Prezidentin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində ölkə vətəndaşı, onun sosial-rifah halının, yaşayışının yaxşılaşdırılması dayanır. Bu siyasət bundan sonra da belə olacaq. Müxalifətin hansı don geyindirməsindən asılı olmayaraq, inkişaf və yürüdülən siyasət xalq tərəfindən də bəyənilir və heç bir faciə və təbii fəlakət müxalifətin vurduğu zərbələri, fəsadları əvəzləyə bilməz... Xalq onların dağıdıcı gücünü artıq bir dəfə görüb!
Tural Tağıyev

Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq
11.04.2019
“Trthaber.com”: “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir”
08.04.2019
“Aksam.com.tr”: “Azərbaycan Türkiyədə investisiyalarını artıracaq”
06.04.2019
Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”

© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info