Gələcək Rusiyanı tərk edir?

Con illər Rusiyada da ölkəni tərk etmək istəyənlərin sayı artmaqdadır. Maraqlıdır ki, ölkəni tərk etmək istəyənlərin əksəriyyətini gənclər təşkil edirlər.
Məsələn, “rosbalt.ru” saytı yazır: “Ölkədəki son seçkilər gənclər arasında mühacir münasibətlərinin artdığının göstərdi. Belə ki, Rusiyada 24 yaşınadək gənclər arasında aparılan sorğunun nəticələrinə görə, onların 40 faizdən çoxu tezliklə ölkəni tər etmək niyyətindədirlər”.
Sayt son illərdə Rusiyadakı yaşantının ölkədən köç edənlərin sayina təkan verdiyini də açıq etiraf edir: “Bu gün vətəndaşların həyatına girən gənclər onu Rusiya Federasiyasında keçirmək istəmirlər”.

Əli Babayev

Xəbər 89 dəfə oxundu.