Almaniya sakini lotereyada 63,2 milyon avro qazanıb

Almaniyanı Reynland-Pfals federal əyaləti sakini “Eurojackpot” lotereya şirkəti tərəfindən keçirilən tirajda 63,2 milyon avro udub.
Xatırladaq ki, Eurojackpot” lotereya oyunu 2012-ci ildən etibarən “ Avropa Birliyinə daxil olan əksər ölkələrində keçirilir. Qeyd edək ki, Almaniya sakininin bu qədər məbləğə sahib olması ölkədə elə də qeyri-adi hal kimi qarşılanmayıb. Belə ki, iki il bundan əvvəl də Almaniyanın Roytlinqen şəhər sakini bu lotereya ilə 11,3 milyon avro qazansa da, qəribəsi odur ki, həmin məbləği almağa ğəlməmişdi.
Onu da bildirək ki, “Eurojackpot” lotereyasinda ən rekord uduş-90 milyon avro 2016-cı ilin oktyabrında alman vətəndaşı tərəfindən udulub.

Əli Babayev

Xəbər 101 dəfə oxundu.