İsrailin Ermənistanla münasibət qurmamasına xeyli əsas var

İsrail hökumətinin "Aeronautics" şirkətinə Azərbaycana döyüş dronlarının satmağa icazə verməsi Ermənistanda xainliklə müşahidə edilən böyük təlaşla qarşılandığı elə də bir yenilik deyil.
Maraqlıdır ki, İsrail dövlətinin bu qərarının Ermənistana qarşı yönəldiyini bildirən bir çox erməni saytları iki ölkə arasında pis əlaqələr üçün heç bir səbəb olmadığını iddia edirlər(?).
Məsələn, erməni ekspert Ruben Meqrabyan İsrailin bu qərarının Ermənistan əleyhinə yönəldilmiş tədbir kimi qəbul edilməməyi məsləhət görür(1in.am). Onun fikrincə, Ermənistanla İsrail arasındakı münasibətlər həm iqtisadi, həm də hərbi-texniki sahələr də daxil olmaqla daha sıx olmalıdır. Meqrabyana görə, İsrailin Ermənistanla soyuq və ya pis münasibətlər qurması üşün heç bir səbəb yoxdur. Təbii ki, erməni ekspert yalan danışır. “ Tutduğu mövqeyə, qəlbindəki qəzəbə görə əsrlər boyu etibarsız xalq” (Roma tarixçisi Tasit) kimi tanınan ermənilərin yahudilər qarşısındakı suçları ölçüyəgəlməzdir. İndi mənim nəzərinizə çatdırmaq istəiyim faktlar tarixin səhifəsindən silinməmiş faktlardır. Beləliklə, hələ ötən əsrdə İsrailin Vaşinqtondakı səfirliyinin sabiq əməkdaşı Lenni Ben-David Amerikadakı bütün yəhudi təşkilatlarına üz tutaraq onları erməni iddiaları mövzusunda çox diqqıtli olmağa çağırırdı.. O, "Yerusalem Post" qəzətinə yazdığı məqalələrnin birində “ermənilər yəhudilərə qarşı qətliamlar törədiblər, ancaq onların bu əməlindən söhbət belə açan yoxdur”-deyə bildirirdi. Həmin yazıda Azərbaycandakı yəhudilərin ermənilər tərəfindən necə vəhşicəsinə qətlə yetirildiyinə diqqət çəkən Ben-David yazırdı: "Bir müddət bundan öncə Azərbaycadakı dağ yəhudiləri, 1918-ci ildə çox az adamın bildiyi və ermənilər tərəfindən öldürülən 3000 yəhudi üçün memorial mərkəz inşa etməkdən ötrü bizdən yardım istəmişdirlər”.
Başqa bar fakt: II Dünya müharibəsi illərində Hitler Almaniyasının məlum təhlükəsindən qorunmaq üçün Polşa və Ukraynadan indiki Ermənistan əraziləriinə pənah gətirən 5 mindən artıq yəhuidən indi bu ərazilərdə bir nəfər də qalmayıb. Maraqlıdır ki, ermənilər buna da əsas göstərirlər . Həmin ərəfədə erməni mətbuatı yəhudiləri Ermənistanda yaşayan (?) etniklər arasında qarışıqlıq yaratmaqda “ittiham” edirdilər. Amma unudulmamalıdır ki, bu gün Ermənistanda hökm sürən antisemitizmin nəticəsidir ki, hazırda ölkə əhalisinin 99 faizini ancaq ermənilər təşkil edirlər.
Qeyd edilmılidir ki, II Dünya müharibəsi illərində Hitler üçün yəhudiləri qıran cəllad dəstəsinin başında bu yaxınlarda İrəvanda heykəli qoyulan Qaregin Njde dayanırdı. Hələ müharibədən bir müddət əvvəl Almaniyada nəşr olunan "Hayrenik" adlı erməni nəşri hakimiyyətə yeni gələn Hitlerə yalmanmaq üçün yəhudilərə qarşı açıq-aşkar nifət, iqri ayrı-seçkiliyi əks etdirən çağırışları təbliğ edirdi. Erməni nəşri həmin dövrdə dərc etdiyi məqalələrinin birində yazırdı: "Yəhudilər fanatik miliyyətçiliyin və irqçiliyin törəmələridirlər. Bu zəhərli ünsürləri xroniki xəstəliklər kimi kök saldıqları yerdən təmizləmək bəzən çətin olur. Ancaq onların məhv edilməsinə ehtiyac olduğu zaman, bu cür addımın atılması düzgün sayılmalıdır. Cərrahiyyə əməliyatı zamanı qanın axması təbiidir"
...Ruben Meqrabyan isə İsrailin Ermənistanla soyuq və ya pis münasibətlər qurması üşün heç bir səbəb görmür. Erməni ekspertə onu da xatırlatmaq olar ki, burada sadaladıqlarımız ermənilərin yəhudilərə qarşı törətdikləri bəd əməllərin kişik bir hissəsidir...

Ağasəf Babayev



Xəbər 99 dəfə oxundu.