Niderlandda Azərbaycanla bağlı broşüralar paylanılıb
Niderlandda "Connect" (Konnekt) təşkilatının təşkilatçılığ ilə Azərbaycanın təbliğatı istiqamətində yüzlərlə broşüralar paylanılıb. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
"Bu broşürlər evlərə çatdırılıb. Broşürdə torpaqlarımızın işğalda olması da daxil qısa olaraq tariximizdən, turizm imkanlarımızdan və.s.bəhs olunur.
"Connect" təşkilatın sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov qarşıda Azərbaycanın tanıtımı ilə bağlı layihələrin davam edəcəyini bildirib".

Fuad

Xəbər 111 dəfə oxundu.