“Bakcell” vergi işçilərini təbrik edib
“Bakcell” xidmətlərindən istifadə edən vergi işçiləri gün ərzində şəbəkədaxili pulsuz danışacaq Vergi xidməti işçilərinin peşə bayramı günü münasibətilə “Bakcell” şirkəti bütün vergi işçilərini təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” peşə bayramı münasibətilə gün ərzində vergi işçilərinə şəbəkədaxili pulsuz danışıq hədiyyə edib. Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən vergi xidmətinin əməkdaşları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcək.

Nigar

Xəbər 112 dəfə oxundu.