Rusiyada internet şəbəkəsi ilə bağlı qanun qəbul edilib
Dövlət Duması Rusiyada internet şəbəkəsinin müdafiəsi və dayanıqlı işləməsinə dair kompleks tədbirlər barədə qanun layihəsi qəbul edib. AZƏRTAC xəbər verir ki, sənədin müəlliflərinin fikrincə, qanun layihəsi Rusiyada internetin fasiləsiz işləməsi üçün müstəqil infrastruktur yaradılmasına imkan verəcək. Sənədin qəbul edilməsi ilə internetin Rusiyada olan istifadəçilərinin öz aralarında bölüşdükləri məlumatların xaricə ötürülməsi minimuma endiriləcək, transsərhəd rabitə xətləri və trafik mübadiləsi nöqtələri müəyyən olunacaq, rabitə operatorları təhlükə yarandıqda trafiki mərkəzləşdirilmiş şəkildə idarə edə biləcəklər. Eyni zamanda, Rusiya rabitə operatorları qlobal internet şəbəkəsinə qoşula bilmədikdə, yerli internet resurslarının işini təmin edə biləcək infrastruktur yaradılacaq.

Xəbər 164 dəfə oxundu.