Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib
Ermənistan paytaxtının mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Yerevan Opera və Balet Teatrının qarşına toplaşanlarla polis arasında baş verən qarşıdurmada 4 paytaxt sakini həbs edilib.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, həbs edilən aksiya iştirakçılarına qarşı inzibati məcəlləyə uyun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əmək haqqının 50 mislindək cərimə cəzası tətbiq olunub. Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticarət obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq.

Xəbər 132 dəfə oxundu.