Ermənistanda vergilər artırıldı
İrəvandakı lombard və valyuta mübadiləsi şöbələrinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər

Təbii ki, yarıtmaz rəhbərliyin nəticəsi kimi, İrəvanda baş verənlər gözlənilən idi. Belə ki, İrəvanın bələdiyyə nümayəndələri ilə şəhər mərkəzindəki kafe sahibləri arasındakı insidentə yerli polis də müdaxilə edib. Qeyd edilməlidir ki, insidentə səbəb İrəvanın Opera binasının ətrafında yerləşən kafelərin sökülməsinə şəhər rəhbərliyi tərəfindən verilən göstərişdir. Kafe işçiləri kafelərin bağlanması nəticəsində çox sayda insanın öz iş yerlərindən olacağını iddia edirlər. Maraqlıdır ki, kafe işçilərinə həmrəylik nümayiş etdirən xeyli sayda işsiz ermənilər də «Nikol getməlidir», «Bizə işləməyə imkan yaradın» şüarlarını səsləndirməyə başlayıblar.
Xatırladaq ki, elə kafe işçiləri ilə eyni vaxtda İrəvandakı lombard və valyuta mübadiləsi şöbələrinin əməkdaşları da hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər. Etirazçılar "Dövlət haqları haqqında" qanundakı düzəlişlər layihəsinə etiraz edirlər. Qeyd edilməlidir ki, "Dövlət haqları haqqında"kı düzəlişlər lombard və valyuta mübadiləsi şöbələri üzərinə əlavə vergi yükü qoyur. Təbii ki, bunu çoxları həmin qurumların fəaliyyətinin dövlət tərəfindən məhdudlaşdırılmasına cəhd kimi dəyərləndirilər: «Biz bağlanmaq istəmirik. Ona görə də səsimiz eşidilənə qədər öz mübarizəmizi davam etdirəcəyik. Hələlik baş nazirdən bizə yardımçı olmasını tələb edirik. Əks halda, yeni dövlət vergisi sistemində lombardların yüzdə 95 faizi bağlanacaq». Qeyd edək ki, bu fikirləri mitinq iştirakçılarından biri «Aysor» saytına verdiyi açıqlamada səsləndirib.

"İlin əvvəlində Ermənistanın dövlət borcu 6 milyard 922,9 milyon dollar təşkil edirdi , ötən iki ay ərzində bu borc, əlavə olaraq 20,7 milyon dollar da artıb"

Maraqlıdır, bu gün xirtdəyədək borc içində olan Ermənistan dövləti və ya onun baş naziri hansı yardımı edə bilər? Unudulmamalıdır ki, erməni dövlətinin ölkədəki özəl müəssisələrə tətbiq etdiyi əlavə dövlət vergisi ölkənin 7 milyard dollara çatmaqda olan dövlət borcunun konpensasiyasına hesablanıb.
Qeyd edək ki, ermənilərin "Joxovurd" nəşri Ermənistanın dövlət borcunun yenidən böyüməyə başladığı barədə məlumat yayıb. Qəzet 28 fevral 2019-cu il tarixində Ermənistanın dövlət borcunun 6 milyard 943,6 milyon dollar təşkil ediyini bildirir: "İlin əvvəlində Ermənistanın dövlət borcu 6 milyard 922,9 milyon dollar təşkil edirdi , ötən iki ay ərzində bu borc, əlavə olaraq 20,7 milyon dollar da artıb".
Nəşrə görə, Nikol Paşinyan hökuməti yeni borc vəsaitlərini cəlb etməkdən imtina edərək dövlət borcunun azaldılması siyasətinə sadiqlik nümayiş etdirməyə çalışsa da, eyni zamanda, yeni bir borc götürmə ehtiyacı ilə üzləşir". O da maraqlıdır ki, nəşr əvvəlki ölkə rəhbərlərindən fərqli olaraq, Paşinyanın götürülən bocların öz cibinə deyil, xalqın problemlərinə sərf etdiyini xüsusi qeyd edir.
Ağasəf Babayev

Xəbər 208 dəfə oxundu.