Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
Ermənistan müdafiə nazirinin müavini David Paxçanyan vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, müvafiq qərarı Baş nazir Nikol Paşinyan imzalayıb.
Bundan başqa, hökumət başçısının qərarına əsasən, Tavuş vilayətinin vitse-qubernatorları Tiqran Tamrazyan və Karen Xudaverdyan da vəzifəsindən azad olunub.

Xəbər 107 dəfə oxundu.